Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İraq hökuməti və İranpərəst milislər arasında ortaq mövqe: Ölkənin maraqları İranla məsafə saxlamağı tələb edir

    15 İyun 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İraqın baş naziri Məhəmməd Şiə əs-Sdani hökuməti İsrail və İran arasında baş verən qarşıdurmadan uzaq durmağa çalışır. Bu məqsədlə ABŞ-la və eyni zamanda İranla əlaqə saxlayıb. ABŞ-la əlaqə təbii qarşılanır, çünki Bağdad öz mövqeyini İsrailə Vaşinqton vasitəsilə çatdırmaq istəyir. Lakin Tehrana ünvanlanan mesajlar, İraqın doğrudan da İrandan uzaq durmaq istəyində səmimi olub-olmaması barədə suallar doğurur.

    İraqdan olan müşahidəçilər bu dəfə Bağdadın İranla məsafə saxlamaq niyyətinin ciddi olduğunu bildirirlər. Onlara görə, Şiə əs-Sudani hökuməti hazırkı gərginliyi İrandan qurtulmaq və ABŞ-ı İraqın bu istiqamətdə irəlilədiyinə inandırmaq üçün fürsət kimi görür. Bu da ABŞ prezidenti Donald Trampın administrasiyasının İraqa qarşı əsas şərtlərindən biri idi.
    İranpərəst silahlı qruplar da bu mövqeyə uyğun davranır. Cümə günü bu qruplar ABŞ qoşunlarının ölkəni tərk etməsini tələb etdilər. “Hizbullah Briqadaları” isə İsrailin İranı vurmasından sonra bölgədə “daha çox müharibənin” baş verəcəyi ilə bağlı xəbərdarlıq etdi. Lakin İraqın təhlükəsizlik rəsmilərindən biri bildirib ki, silahlı qruplar da daxil olmaqla “hamı” ölkəni bu qarşıdurmadan uzaq tutmaq üçün hökumətlə əməkdaşlıq edir.

    Radikal Şiə Milislərin mövqeyi dəyişib

    Ən diqqətçəkən məqam odur ki, İrana bağlı milislər də bu dəfə neytrallıq mövqeyi tutur. Halbuki bu qruplar əvvəllər İranın maraqları naminə regional savaşlarda aktiv iştirak edirdilər. Lakin Hizbullahın liderlərinin siyasi və hərbi baxımdan sıradan çıxarılması, ardınca iranlı yüksək rütbəli komandirlərin öldürülməsi, milis qruplarını geri çəkilməyə və liderlərini gizlətməyə məcbur edib. Onlar indi İsrail və ABŞ-ın mümkün sərt cavabından çəkinirlər.

    İranla sıx bağlı olan “Şiə Koordinasiya Çərçivəsi” – yəni İraqın hakim siyasi bloku – baş nazir Şiə əs-Sudani ilə İsrailin hücumlarından sonra toplantı keçirsə də, İrana açıq dəstək ifadə etməyib. Toplantıdan sonra bölgədə vəziyyətin sabitləşməsi üçün İraqın diplomatik səylərə başlaması çağırışı edilib. Lakin bu, əsasən formal və simvolik telefon danışıqları ilə məhdudlaşıb.

    Səssiz dəstək və tək fərqli səs

    Koordinasiya Çərçivəsinin passiv mövqeyi onun əsas fiqurlarından biri – “Fəth Alyansı”nın rəhbəri Hadi əl-Amirinin çıxışında da aydın görünür. O, ümumi və diplomatik ifadələrlə kifayətlənərək “susmaq cinayətə şəriklikdir” və “təcavüzə cavab vermək qanuni və dini borcdur” deyə bildirib. O, ABŞ-ı “İsrailin İraq hava məkanını pozmasına görə məsuliyyət daşımaqda” ittiham edib və hökuməti bu cür hadisələrin qarşısını almağa çağırıb.

    İranın sərt tərəfdarı kimi tanınan “Əhlül-Həqq Hərəkatı” isə fərqli mövqe sərgiləyib. Hərəkatın lideri Qeys əl-Xəzəlinin açıqlamasında “İsrailin İran şəhərlərinə qarşı təcavüzünün sərt və qətiyyətli cavabsız qalmayacağı” deyilib. Lakin analitiklər bu açıqlamanı yalnız simvolik mövqe göstərmək və İranı qəzəbləndirməmək məqsədi daşıyan jest kimi qiymətləndirirlər.

    İraq balans axtarışındadır

    İranla uzunmüddətli sərhədlərə və dərin tarixi, mədəni və siyasi münasibətlərə malik olan İraq, eyni zamanda ABŞ-la da strateji tərəfdaşlığını qorumağa çalışır. Buna görə də Bağdad balanslı siyasət yürütmək istəyir.

    Frans Press agentliyinə danışan yüksək səviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Bağdad İranı İraq ərazisində ABŞ maraqlarını hədəfə almamağa çağırıb və Tehran da bu çağırışa müsbət cavab verib. Eyni zamanda, rəsmi Bağdad ABŞ-dan İsrail təyyarələrinin İraq hava məkanını pozmasına icazə verməməsini tələb edib.

    BMT-yə şikayət və diplomatik təmaslar

    İraq cümə günü İsrailin İranı vurmaq üçün İraq hava məkanından istifadə etdiyini əsas gətirərək BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət təqdim edib. Hökumət rəsmisi bildirib ki, beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ bu cür pozuntulara görə məsuliyyət daşıyır və İraqın təhlükəsizliyinə təhlükə yaradan istənilən addımların qarşısını almalıdır.

    İranla İsrail arasında gərginlik başlamazdan əvvəl – çərşənbə günü – İran ABŞ-la nüvə danışıqlarının uğursuzluğa uğraması halında Yaxın Şərqdəki ABŞ bazalarını vurmaqla hədələyib.

    Hazırda ABŞ-ın İraqda 2500, Suriyada isə 900 əsgəri var. Onlar 2014-cü ildə İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanın tərkibində fəaliyyət göstərirlər. 2023-cü ilin oktyabrında İsrail-HƏMAS müharibəsinin başlanmasından sonra, İrandan dəstək alan İraq silahlı qrupları ABŞ hərbçilərinin yerləşdiyi İraq və Suriya bazalarına onlarla raket və pilotsuz təyyarə ilə hücumlar həyata keçiriblər.

    Son olaraq, ABŞ təhlükəsizlik səbəbindən Bağdaddakı səfirliyindən “əsas olmayan” diplomatik heyəti geri çağırıb.

    İraq-Səudiyyə diplomatik əlaqələri də fəallaşıb

    İraqın xarici işlər naziri Fuad Hüseyn şənbə günü Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhanla telefon danışığı aparıb. İraq XİN-in yaydığı məlumata görə, danışıqda İsrailin İrana hücumunun regional təhlükəsizlik və sabitliyə mümkün təsirləri müzakirə olunub.

    Tərəflər həmçinin İranın daxili vəziyyətini və müxtəlif ölkələrin bu gərginliyə qarşı mövqelərini dəyərləndirib, İranın nüvə proqramı üzrə danışıqların davam etməsinin əhəmiyyətini vurğulayıblar.
    Hər iki nazir İraq və Səudiyyə Ərəbistanı arasında davamlı əlaqələrin və regional koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib.

    #İran #BMT #Səudiyyə Ərəbistanı #İŞİD #İraq #Məhəmməd Şia Əl-Sudani #Müqtəda əs-Sədr #İraq siyasəti #Şiə hakimiyyəti #İran-İraq əlaqələri #Şiə islamçılar #İŞİD və şiə qrupları #Şiə siyasi partiyaları #İran inqilabı və şiə siyasəti #Şiə teologiyası #İranın şiə ayparası #Şiə və Ələvi milisləri #Müqtəda əs-Sədrin İranla münasibətləri #İraq İran qarşıdurması #İraqda şiə fraksiyaları #İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda Qəzza zirvə görüşü başa çatıb

    3 Noyabr 2025 20:25

    Türkiyənin təşəbbüsü ilə Qəzza üzrə beynəlxalq toplantı başlayıb

    3 Noyabr 2025 16:19

    OPEC+ ölkələri dekabrda gündəlik neft hasilatını 137 min barel artıracaq

    3 Noyabr 2025 09:23

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Müqtəda əs-Sədr dini nüfuzunu möhkəmləndirməyə yönəlir

    2 Noyabr 2025 20:00

    Türkiyədən İrana avtomobil ixracı azalıb (ÖZƏL)

    2 Noyabr 2025 15:00

    Türkiyədən İraqa elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

    2 Noyabr 2025 13:00

    İraqla yeni Suriya arasında yaxınlaşmanı ləngitmək üçün dezinformasiya savaşı

    2 Noyabr 2025 11:00

    Hakan Fidan İraqa rəsmi səfər edəcək

    1 Noyabr 2025 15:54

    İsrail Qəzzədə atəşkəsi dəfələrlə pozub- Fələstin

    1 Noyabr 2025 15:41

    Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

    1 Noyabr 2025 12:09

    İran Sudanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib

    1 Noyabr 2025 10:25
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 4 noyabr

    İsrailə böyük ordu lazımdır – Netanyahu

    44 günlük Vətən müharibəsinin xronikası: 4 noyabr

    Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun

    Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Onlar beynəlxalq hüquq baxımından müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərdir - Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların çıxışı başladı

    İstanbulda Qəzza zirvə görüşü başa çatıb

    Vətən Müharibəsində qazanılan qələbənin 5 illiyinə həsr olunan Zəfər andı adlı ədəbi-bədii gecə keçirilir

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.