Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İŞİD-in Livanda nə işi var və ya Hizbullahın İŞİD kartı

    7 İyul 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Təhlükəsizlik və siyasi baxımdan diqqətçəkən bir vaxtda bölgədə narahatedici əlamətlər müşahidə olunur ki, bu da İŞİD-in yenidən fəaliyyətini bərpa etdiyini göstərir. Dəməşqdəki Mar İlyas kilsəsinə təşkil olunmuş və İŞİD-in izlərini daşıyan qanlı partlayışdan bir neçə gün sonra Livan təhlükəsizlik orqanları, ölkədə terror aktları həyata keçirməyi planlaşdıran İŞİD-ə bağlı gizli hüceyrələrin tutulduğunu açıqlayıb. Bəs, İŞİD doğrudanmı Livana girib, yoxsa kimsə bu terror təşkilatını indiki məqamda ölkənin daxilinə çəkmək istəyir?

    Livana qarşı Hizbullahın silahsızlaşdırılması tələbi ilə beynəlxalq təzyiqlərin artdığı, ABŞ-ın Livandan bu məsələyə dair aydın plan tələb etdiyi bir vaxtda, bəzi Hizbullaha yaxın media orqanlarında və sosial şəbəkələrdə yenidən "İŞİD" kabusu gündəmə gətirilir. Bu proses müxtəlif millətlərdən olan döyüşçülərin Suriya sərhədlərindən Livana keçərək bir sıra bölgələrdə yerləşdiyi, ölkədə xaos yaratmaq üçün əməliyyatlar planlaşdırdığı kimi narahatedici hekayələrlə müşayiət olunur. Lakin bu iddialar, təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, dəqiq deyil və çox şişirdilmişdir. Mənbələr bildiriblər ki, : “Bəli, İŞİD-in gizli hüceyrələri mövcuddur, amma onların ifşası və planlarının pozulması təşkilat yarandığı gündən bəri davam edir”.

    Bu kontekstdə Livan Ordusu komandanlığı bir bəyanat yayaraq, Suriya rəsmiləri ilə daim təmasda olduqlarını və sərhədləri qorumaq, sabitliyi saxlamaq üçün patrul xidmətləri və nəzarət məntəqələrinin qurulması da daxil olmaqla, lazım olan bütün təhlükəsizlik tədbirlərini gördüklərini bildirib. Ordunun bəyanatında media orqanlarına belə bir çağırış edilib: “Sərhəd zonası ilə bağlı xəbərləri yayarkən dəqiqlikə riayət edin, daxildə gərginlik yarada biləcək məlumatları yaymaqdan çəkinin və rəsmi ordu məlumatlarına istinad edin”.

    Keçmiş millət vəkili Mustafa Aluş da verdiyi açıqlamada qeyd edib: “Son illər ərzində, xüsusən də ordu şimalda "Fəth əl-İslam" təşkilatını məhv etdikdən sonra, İŞİD və ya terror hücrələri ilə bağlı heç bir real fəaliyyət müşahidə olunmayıb. Şimalda hücrələrin varlığı barədə söz-söhbətlər artıq köhnəlib. Amma istənilən bölgədə – istər şimalda, istər başqa yerdə – radikal təşkilatlara bağlı hücrələrə dair hər hansı təhlükəsizlik araşdırması aparılmasını dəstəkləyirik. Tripoli və ümumilikdə şimal bölgəsinin sünni əhalisi özünü mərkəzi dövlət tərəfindən qorunmayan hiss edir. Dövlətin varlığı və vətəndaşın himayəsini təmin etməsi nə qədər güclənərsə, radikal təşkilatlara qoşulma meyli də bir o qədər azalır”.

    Son illərdə Livan təhlükəsizlik orqanları İŞİD-ə bağlı onlarca gizli hücrələri və fərdi döyüşçünü müəyyən edib və onların planlaşdırdığı terror aktlarını vaxtında qarşısını almağa müvəffəq olub. Sonuncu belə hadisə ötən həftə baş verib. Livan Ordusu yaydığı bəyanatda, təşkilatın Livandakı rəhbərinin bir neçə günlük müşahidə və təqibdən sonra saxlandığını açıqlayıb.

    Bəyanata görə, "Qəsura" ləqəbli "R.F." adlı şəxs təşkilatın əsas rəhbərlərindən biridir və terror əməliyyatlarının planlaşdırılmasında iştirak edib. Onun üzərində böyük miqdarda silah-sursat, elektron cihazlar və pilotsuz uçuş aparatları hazırlamaq üçün avadanlıq aşkarlanıb.

    Əlavə olaraq qeyd olunub ki, "Qəsura" təşkilatın əvvəlki "Livan valisi" – "Əbu Səid əş-Şami" ləqəbli "M.X."ın ötən ilin dekabrında Livan Hərbi Kəşfiyyatının əməliyyatı nəticəsində həbsindən sonra bu “vəzifəyə” gətirilib.

    Eyni zamanda, Dövlət Təhlükəsizlik xidməti Keservanda qanunsuz yollarla Livana daxil olmuş "H.A." adlı suriyalını saxlayıb. O, daha əvvəl İŞİD-in tərkibində olmuş və ərəb ölkələrindən olan təlimçilərin nəzarəti altında şəriət və hərbi təlimlər keçdiyini etiraf edib.

    Bu kontekstdə siyasi şərhçi Coni Muneyr verdiyi açıqlamada bildirib ki, : “İŞİD Livan üçün hər zaman təhlükə mənbəyi olub. Təşkilatın ən yüksək təhlükə səviyyəsi 2017-ci ildə “Cərud şəfəqi” əməliyyatı zamanı müşahidə olundu. Sonrakı dövrlərdə isə tək-tək “cizli hücrələ” və “yalquzaq canavarlar” (fərdi radikallar) aşkarlanıb.
    Bu da onu göstərir ki, İŞİD artıq Livanda təşkilatlanmış formada mövcud deyil və ölkədə qalmaq qərarı yoxdur. Sadəcə, fərdi hallar mövcud olub və ifşa edilib. Amma bu ilin əvvəlindən etibarən İŞİD fərqli formada yenidən ortaya çıxıb. İlk dəfə olaraq təşkilat özünü "Livan vilayəti" olaraq elan etdi. Halbuki əvvəllər Livan, İŞİD-in Suriya vilayətinə tabe hesab olunurdu”.

    “Bu, yeni reallıq və təşkilatlanma deməkdir. Yeni “hədəf bankı” (hədəflər siyahısı) müəyyən edilib. Təhlükəsizlik məlumatlarına əsasən, İŞİD-in Livandakı ilk planı Rumiyyə həbsxanasındakı İŞİD-ə bağlı məhbusların azad edilməsi və Livan Ordusunun qərargahlarına hücum idi. “Qəsura” hüceyrəsinin ifşası göstərdi ki, təşkilat artıq fərdi hallarla yox, yeni mexanizmə əsaslanan mütəşəkkil şəbəkə ilə fəaliyyət göstərir və ölkə daxilində hərəkətə keçmək niyyətindədir”.-deyə Muneyr deyib.

    Hizbullahın İŞİD kartı

    “Hizbullaha bağlı Livan mediası bu məsələdə böyük şişirtməyə yol verir. Bəli, təşkilatın fəaliyyəti artıb, amma bu, mediada təqdim olunduğu qədər böyük təhlükə deyil. Üstəlik, Livan təhlükəsizlik qurumları son illər bu cür planların qarşısını almaqda yüksək qabiliyyət nümayiş etdiriblər. Çətin iqtisadi və sosial şəraitə baxmayaraq, Livan hələ də qabaqlayıcı tədbirlərlə təhlükənin qarşısını alır. İŞİD uzun illərdir ölkə daxilində heç bir uğurlu əməliyyat həyata keçirə bilməyib”.-deyə Muneyr bildirib.

    İŞİD-in Livanda tam yox olması heç vaxt baş verməmişdi, amma onu yenidən ‘xortlatmaq’ məqsədli ola bilər. Bu, təsadüf də ola bilər. Lakin Hizbullah və müqavimət cəbhəsi illər boyu öz leqitimliklərini İŞİD-lə mübarizə üzərində qurublar. Bu günkü şişirtmələr həmin narrativin davamı ola bilər. Amma radikalizmin bu təzahürlərini gözardı etmək olmaz.

    “İŞİD-in yenidən ortaya çıxması təsadüfi ola bilməz. Son vaxtlar saxlanılan hüceyrələrin sayı artır. Amma bu hüceyrələrin bir-biri ilə əlaqəsi yoxdur. Onları idarə edən mərkəz birdir, lakin aralarındakı koordinasiya yoxdur. Ona görə bir hüceyrənin ifşası digərlərinin tapılmasına kömək etmir.təşkilat adətən Livanda ciddi daxili məsələlərin gündəmə gəldiyi vaxtlarda görünür. Hazırda Hizbullahın silahlarının təhvil verilməsi məsələsi ilk dəfə olaraq ciddiliklə müzakirə edilir. Bəzi media orqanları isə diqqəti bu məsələdən yayındırmaq üçün İŞİD təhlükəsini şişirdirlər. Amma real təhlükə göründüyü qədər böyük deyil. Əlbəttə, təşkilatın gizli hücrələri mövcuddur, lakin bu hücrələr ölkədə daxili sabitliyi pozacaq qədər gücə malik deyillər. Çünki onların sosial bazası yoxdur. Livan sünniləri heç vaxt radikal təşkilatlara dəstək verməyiblər. Bundan əlavə, təhlükəsizlik qurumları qabaqlayıcı tədbirlər görür” -deyə Təqaüddə olan briqada generalı Corc Nadir bildirib.

    “Bəs, Suriyada baş verən kilsə partlayışı ilə Livandakı İŞİD fəaliyyətinin artması arasında əlaqə varmı?” sualına, Muneyr belə deiyb: “Son günlərdə təhlükəsizlik orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra İŞİD-in fəaliyyətində azalma müşahidə olunmuşdu. Amma görünən odur ki, indi yeni mərhələyə keçilib. Əvvəlki dövrdə təhlükəsizlik orqanlarının fəaliyyəti nəticəsində İŞİD-in planları pozulurdu. Amma indi, kilsənin partladılması ilə eyni vaxta təsadüf edən şəkildə, İŞİD yenidən aktivləşib. Bu isə yeni bir fazanın başlanğıcı ola bilər”.

    Livan radikalizm üçün münbit zəmin deyil

    İŞİD-in 2014-cü ildə İraq və Suriyada "xilafət" elan etməsindən sonra Livan da bu terror təhlükəsindən kənarda qalmadı. Təşkilat ölkədəki təhlükəsizlik boşluqları və zəif siyasi vəziyyətdən istifadə edərək, ilk əməliyyatını Arsalda həyata keçirdi. Əsas təhlükə yalnız terror aktları ilə məhdudlaşmırdı, həm də ölkədaxili sosial parçalanma, məzhəbçi ritorika və marjinallaşmış qrupların radikallaşması ilə bağlı idi.

    2014-cü ilin avqustunda Arsal döyüşü və 2017-ci ildəki “Cərud şəfəqi” əməliyyatı ilə Livan Ordusu iki böyük İŞİD hücumunu neytrallaşdırdı. Təşkilatın Livanın şərq sərhəd zonalarında möhkəmlənməsinin qarşısı alındı.

    Bu illər ərzində Livan təhlükəsizlik orqanları ölkənin müxtəlif bölgələrində onlarca gilzi hücrəni ifşa edərək, intihar hücumlarının və sui-qəsdlərin qarşısını alıb.

    Livan sünniləri bu terror təşkilatlarını tarixən rədd ediblər. Livan sünniliyi ilımlıdır. Bu, mərhum baş nazir Rafiq Həririnin məşhur ifadəsində də öz əksini tapır: ‘Mülayim xristian mənim üçün radikal müsəlmandan daha yaxındır’. Bu fikir Livan sünnilərinin ortodoksal mövqeyini əks etdirir. İlımlılıq hüquq və dövlət quruculuğuna açılan qapıdır. Livan müftisi Şeyx Əbdüllətif Dəryanın çıxışında da vurğulandığı kimi, sünni icmasını ölkənin siyasi və milli toxumasından kənarlaşdırmaq olmaz. Sünnilər dövlətə və Livanın dirçəlişinə sadiqdirlər.

    Hazırda ölkədə Prezident Cozef Aun rəhbərliyində birləşdirici bir siyasi vizyon var. Onun çıxışı bütün livanlıları əhatə edir. Livan terror təşkilatları üçün uyğun bir meydan deyil – nə sosial baza var, nə də ölkənin kiçik ərazisində onların hərəkəti üçün imkan.

    #İŞİD #Livan #İŞİD terror təşkilatı #Hizbullah #İŞİD-Xorasan #Livan ordusu #İŞİD və şiə qrupları #İsrail və Hizbullah qarşıdurması #Livan parlamenti #İsrail-Livan sərhədi #Livanda prezident seçkiləri #Livanda regional siyasət #Livan siyasi sui-qəsdləri #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #Sünni bölgəsi #Sünni qüvvələri #İŞİD-lə mübarizə Suriyada #HTŞ və İŞİD qarşıdurması #İŞİD və Nigeriyada şiələr #Nigeriyada şiələr İŞİD tərəfindən hədəfə alınırmı? #ABŞ-ın İŞİD-lə mübarizə tələbi #İŞİD-in sosial media təbliğatı #İŞİD Türkiyə #İranın PKK və İŞİD vasitəsilə təsir cəhdləri #Suriya İŞİD əməliyyatı #İŞİD və İran müdaxiləsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    27 Oktyabr 2025 15:42

    İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinə hücum edib

    27 Oktyabr 2025 13:59

    Nəsrullahın son istəyi və Tehranın susqunluğu

    26 Oktyabr 2025 20:00

    2025-ci ilin əvvəlindən bəri Livandan 300 minə yaxın suriyalı qaçqın vətəninə qayıdıb - BMT rəsmisi

    25 Oktyabr 2025 09:11

    Suriyanın milli birliyinin təmin edilməsi regional sülhün açarıdır

    25 Oktyabr 2025 08:00

    Türkiyə Suriyanın şimalında tunelləri məhv edib

    23 Oktyabr 2025 18:50

    İsrail ordusu atəşkəsə baxmayaraq Livanın Bəkaa bölgəsini bombalayıb

    23 Oktyabr 2025 15:50

    Silah Livanın gücünün bir hissəsidir - Hizbullah baş katibi

    22 Oktyabr 2025 03:15

    Suriya yenidən bizim tərəfimizdədir-ABŞ nümayəndəsi Tom Barak

    19 Oktyabr 2025 20:38

    Hizbullah yenidən qurulur: İsrail yeni və daha çevik təhdidlə üz-üzə

    18 Oktyabr 2025 22:30

    Livan məhkəməsi Hannibal Qəddafini azad etdi - ona səfər qadağası qoyuldu

    17 Oktyabr 2025 20:18

    İsrail Ali Məhkəməsi hökumətə 7 oktyabr hadisələri ilə bağlı istintaq komissiyası yaratmaq üçün bir ay vaxt verdi

    16 Oktyabr 2025 07:00
    Demo
    XƏBƏR LENTİ

    Ombudsmanın pulsuz dərmanların verilməsi ilə bağlı irəli sürdüyü təklif nəzərə alınıb

    Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələr keçirib

    Türkiyə və Birləşmiş Krallıq liderləri Ankarada görüşüb

    Tramp 2028 prezident seçkilərinə yenidən namizəd olmaq istədiyini bildirib

    İran Omanla əlaqələri genişləndirməyə hazırdır

    Azərbaycanın Təbrizə yeni baş konsulu təyin edilib

    Səudiyyə Ərəbistanına yeni səfir təyin edilib

    Azərbaycanın İordaniyaya yeni səfiri təyin edilib

    Azərbaycanın İraqa yeni səfiri təyin olunub

    Prezident İlham Əliyev Meksikaya yeni səfir təyin edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.