Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Həşdi Şaabi İranın regiondakı təsirini qorumaq üçün savaşa hazırdır

    5 Mart 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    "Əsaib Əhləl-Haqq" hərəkatının baş katibi Qeys Xəzəli İranla bağlı qruplaşmaların silahlarını təhvil verməsi çağırışlarını rədd edərək, “Həşdi Şaabi ( HƏŞD) adlı bir qurumun buraxılması mümkün deyil” deyib. İraq siyasi dairələri isə bu açıqlamanın əsasən baş nazir Məhəmməd Şiə əl-Sudaniyə təzyiq məqsədilə edildiyini bildirirlər. Çünki gözlənilir ki, ABŞ prezidenti Donald Tramp İraq üzərindəki təzyiqlərini artıraraq, onu İrana qarşı tədbirlərə daha aktiv şəkildə cəlb etməyə çalışacaq.

    Lakin İraq siyasi dairələri hesab edir ki, HƏŞD -in əsas üzvlərindən biri olan Əsaib liderinin bu açıqlaması əl-Sudaniyə zərbə vurmaq əvəzinə, təşkilatın özünə ciddi problem yarada bilər. Çünki silahları İraq ordusuna təhvil verməkdən və HƏŞD-in buraxmaqdan imtina edilməsi, İsrailin bu qruplaşmalara qarşı hücumlarını reallaşdırmaq üçün əlverişli imkan yarada bilər.

    İsrailin baş naziri Benyamin Netanyahunun bu hücumları həyata keçirmək üçün Donald Trampdan ciddi dəstək alması gözlənilir. Bu isə milisləri real təhlükə ilə üz-üzə qoyur. Əgər keçmişdə bu qruplaşmalar ağır zərbələrdən yayınmağı bacarıblarsa, bu, qismən də olsa, əvvəlki ABŞ prezidenti Co Bayden administrasiyasının qeyri-müəyyən siyasəti ilə əlaqədar idi. Bayden hökuməti əl-Sudani vasitəsilə vəziyyəti sakitləşdirmək istəyirdi və birbaşa qarşıdurmadan çəkinirdi.

    İndi vəziyyət fərqlidir. Trampın hakimiyyətə qayıtması ilə İraq və İranla bağlı siyasətdə sərt addımlar gözlənilir. O, vəziyyəti fakt qarşısında qoymaq metodunu üstün tutur və İrana təzyiq göstərmək üçün onun İraqdakı qollarına birbaşa zərbələr endirə bilər.

    İsrail üçün isə İranın İraqdakı silahlı qruplaşmalarını hədəf almaqda heç bir qırmızı xətt mövcud deyil. Necə ki, İsrail Hizbullah lideri Həsən Nəsrullahı hədəf alaraq öldürdü və husilərə qarşı hücumlar həyata keçirdi, eyni şəkildə HƏŞD liderlərini və qərargahlarını vurmaq potensialına malikdir. Bu milislərin gizlənməsi də onları tam qorumağa yetərli olmaya bilər.

    İsrailin bu hücumları həyata keçirmək üçün kifayət qədər əsasları var. “The Times of Israel” qəzeti daha əvvəl Tel-Əvivin İraqda müəyyən hədəfləri vurmaq üçün planlar hazırladığını qeyd edib.

    Qeys Xəzəli, “Əl-Əhd” telekanalına müsahibəsində, HƏŞD-in silahlarının dövlət nəzarətinə verilməsi tələbini tənqid edərək, bu silahların daxili qarşıdurmalarda istifadə olunmadığını və silahların təhvil verilməsi çağırışlarının əslində İraqın ehtiyat hərbi gücünü əlindən almaq məqsədi daşıdığını bildirib.

    Bu açıqlamalar, əl-Sudani hökumətinin milisləri tərksilah etməyə və onları rəsmi hərbi strukturlara inteqrasiya etdirməyə nail ola bilmədiyi barədə yayılan xəbərləri təsdiqləyir. “Şəfəq Nyus” agentliyinin məlumatına görə, son dövrlərdə hökumət nümayəndələri ilə silahlı qruplaşma liderləri arasında gizli danışıqlar aparılıb. Lakin bu danışıqlar nəticəsində milislər silahlarını təhvil verməkdən və dövlətə inteqrasiya olmaqdan imtina ediblər. Onlar “müqavimət” yolunu davam etdirmək və “İraqı və bölgədəki müttəfiqlərini qorumaq” üçün hazırlıqlı olduqlarını bildiriblər.

    Bu isə açıq şəkildə göstərir ki, HƏŞD-in ləğvi və orduya birləşdirilməsinə qarşı olmaq İranın regionda təsirini qorumaq məqsədinə xidmət edir. Çünki İran, Hizbullahın zəifləməsi və husilərin İsrail və ABŞ-a qarşı hücumlarının yetərsizliyi fonunda, İraqdakı milisləri əsas güc mərkəzi kimi saxlamağa çalışır. Xüsusilə, husilərin hücumlarının İsrail və ABŞ-a ciddi təsir edə bilməməsi, əvəzində Misir kimi region ölkələrinin iqtisadi itkilərə məruz qalması, İranın bu strategiyanı dəyişmək məcburiyyətində olduğunu göstərir.

    18 dekabr 2024-cü ildə İraq hökuməti ABŞ-dan, HƏŞD-in buraxılması və qeyri-rəsmi silahlı qruplaşmaların ləğv edilməsi ilə bağlı ciddi tələblər alıb. Vaşinqton Bağdada bu addımları atmaq müqabilində siyasi rejimə dəstəyin davam edəcəyini vəd edib.

    HƏŞD necə yarandı?
    Bu qüvvə 2014-cü ildə İraqın şiə dini lideri Ayətullah Əli Sistaninin fətvası ilə yaradılıb. O zaman İŞİD İraqın üçdə birini ələ keçirmiş və Bağdadın qapısına dayanmışdı. Milyonlarla könüllü bu çağırışa cavab verərək, İraq ordusu ilə birlikdə döyüşlərə qatıldı.

    2016-cı ildə İraq parlamenti HƏŞD-in rəsmi ordu birləşməsi kimi tanınmasını qəbul etdi. Bu addım əsasən şiə partiyalarının təşəbbüsü ilə həyata keçirildi.

    Lakin bu qüvvənin gələcəyi indi sual altındadır. ABŞ və İsrailin təzyiqləri, İraq hökumətinin qeyri-rəsmi silahlı qruplaşmalara nəzarəti ələ almaq istəyi, eləcə də regionda dəyişən siyasi vəziyyət HƏŞD üçün yeni bir dönüş nöqtəsi yaradır.

    Həşdi Şaabi, İran, İraq, Əsaib Əhləl-Haqq, Qeys Xəzəli, Məhəmməd Şiə əl-Sudani, ABŞ, Donald Tramp, İsrail, Benyamin Netanyahu, Co Bayden, Hizbullah, husilər, Tel-Əviv, The Times of Israel, Əl-Əhd, Şəfəq Nyus, Ayətullah Əli Sistani, İŞİD, Bağdad, şiə, İraq ordusu, silahlı qruplaşmalar, milislər, müqavimət, İraq hökuməti, siyasi rejim, region siyasəti, Misir, Vaşinqton, qeyri-rəsmi silahlı qruplaşmalar, Bağdad hökuməti, ordu inteqrasiyası
    #Məhəmməd Şia Əl-Sudani #İraq Müqavimətinin Koordinasiyası #İran-İraq əlaqələri #Şiə islamçılar #Həşdi-Şaabi #Şiə siyasi partiyaları #Şiə Koordinasiya Çərçivəsi #Şiə dini rəhbərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqton “Hizbullah”ın silahlarını İraqda “zəmanətçi tərəfə” əmanət etmə təklifini rədd edib

    12 Oktyabr 2025 15:00

    İraqda Səddam Hüseyn adı belə qorxu yaradıb - parlament seçkilərindən Səddam Hüseyn adlı namizəd kənarlaşdırıldı

    10 Oktyabr 2025 07:47

    Təhlükəsizlik üzrə koordinasiya Bağdadı Vaşinqtonla qarşı-qarşıya qoyur

    3 Oktyabr 2025 09:00

    Bağdad ərəb və İslam dünyasını İsrailə qarşı birləşməyə çağırır

    14 Sentyabr 2025 18:38

    İraq siyasi lideri Tehranda İran XİN rəhbəri ilə görüşüb

    8 Sentyabr 2025 11:22

    Böyük Şeytanın üç kartı: Neft, siyasət və məzhəb üzərindən İraq oyunu

    30 Avqust 2025 09:00

    İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək - Rufiz Hafizoğlu

    22 Avqust 2025 11:17

    İraq və İran sərhəd təhlükəsizliyi üzrə anlaşma imzaladı

    11 Avqust 2025 16:58

    İran Hizbullahın tərksilah edilməsinə qarşıdır - Xameneinin müşaviri

    9 Avqust 2025 18:12

    Nəcəf Tehrandan daha güclüdür – İran şiəliyi geri çəkilir

    6 Avqust 2025 21:04

    İranın İraqdakı dayaqları sarsılır – Bağdad Tehranın “proksi döyüşçü” statusundan çıxmağa hazırlaşır

    5 Avqust 2025 09:00

    ABŞ ilə əlaqələri gücləndirmək istəyirik - İraq

    29 İyul 2025 09:35
    Demo
    XƏBƏR LENTİ

    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

    Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib

    NATO Qəzzadakı atəşkəsdəki rolu üçün Türkiyəyə təşəkkür edib

    Türkiyədə xidmət və təmir işləri ilə bağlı tender elan edilib

    Qızılorda Vilayətində “Qorqud Və Böyük Çölün Sədaları” Beynəlxalq Festivalının Açılışı Keçirilib

    Messinin Barselonaya qayıdışı üçün planlar müzakirə olunur

    Türkiyədən Özbəkistana tekstil ixracı 90 milyon dolları keçib (ÖZƏL)

    Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

    Muş şəhər stadionunda iki yeni tribuna inşa ediləcək

    Qəzzada atəşkəsin təminatı üçün beynəlxalq əməkdaşlıq zəruridir - Kallas

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.