Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Bağdad İran məngənəsindən çıxa bilmir – silahlı şiə qrupları Tehrana tabedir

    6 Fevral 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bağdad silahlı qrupların buraxılması üçün aparılan danışıqları dondurdu. Buna səbəb kimi İraq rəhbərliyi ilə ABŞ administrasiyası arasında dialoq kanalının olmaması və eləcə də İranın Trampın iqtisadi təzyiqləri qarşısında İraqda xaos çıxarmasına qarşı atıldığı hesab edilir. Belə ki, bu qrupların ləğvi Suriyadakı siyasi dəyişiklikdən sonra regionda İrana vurulan ikinci ağır zərbə hesab edilə bilər ki, bu da Tehran üçün əsla qəbuledilməzdir.

    İraq hökuməti keçən ay baş nazir Məhəmməd Şiya əl-Sudani və xarici işlər naziri Fuad Hüseyn vasitəsilə ABŞ administrasiyasına “Həşd əş-Şaabi” ilə silahlı qruplar arasında fərqin olduğunu sübut etmək üçün böyük səylər göstərib. Lakin görünən odur ki, onların ABŞ qərarverici dairələrini bu fərziyyəyə inandırmaq kampaniyası uğurlu olmayıb.

    Dondurulduğu iddia edilən danışıqların iki əsas istiqaməti var idi. Birinci istiqamət silahlı qrupların özlərini buraxdığını elan etməsini, silahlarını “Həşd əş-Şaabi”yə təhvil verməsini və siyasi fəaliyyətə keçməsini nəzərdə tuturdu. Lakin “Həşd əş-Şaabi” və silahlı qruplar arasındakı gərginlik olduğu üçün bunu etmək hal hazırda mümkünsezdür.

    İraq siyasətçiləri isə bildiriblər ki, silahların “Həşd əş-Şaabi”yə təhvil verilməsi siyasi oyun qaydalarını dəyişəcək, çünki bəzi siyasi qüvvələr üçün güc balansını müəyyən edən silah amili aradan qalxacaq.

    Bəzi silahlı qruplar isə bu seçimi sərt şəkildə rədd edərək, “Həşd əş-Şaabi”yə silahlarını təhvil verməyəcəklərini bildiriblər. Onlar, əgər belə bir addım atılacaqsa, dövlətin təhlükəsizlik institutlarında strateji vəzifələr əldə etməyi tələb edirlər.

    Qərb mənbələri bildirir ki, bu danışıqlar sadəcə beynəlxalq təzyiqləri azaltmaq üçün atılmış bir formal addım ola bilər. Çünki silahlı qruplarla “Həşd əş-Şaabi” arasındakı mürəkkəb əlaqələr, silahların bir qrupdan digərinə ötürülməsi ilə problemin həll edilə bilməyəcəyini göstərir.

    “Həşd əş-Şaabi” dövlət tərəfindən tanınsa da, faktiki olaraq silahlı qrupların döyüşçülərinin maaşlarını ödəyən, lakin onların hərbi əmrlərini verməyən bir qurumdur. Misal üçün, “A” qrupunun 200 döyüşçüsü var, lakin onlara əmrləri verən qrupun öz komandiridir, “Həşd əş-Şaabi” deyil. Yəni, dövlət tərəfindən tanınan “Həşd əş-Şaabi” sadəcə bu qruplar üçün qanuni və maliyyəvi bir örtük rolunu oynayır.

    Bu mürəkkəb sistem, hazırda “Həşd əş-Şaabi”nin Baş Qərargah rəisi olan Əbdüləziz əl-Muhəmmədavi (Əbu Fədək) tərəfindən idarə edilir. Lakin “Əbu Fədək” bütün silahlı qruplar üzərində tam nəzarətə malik deyil, o sadəcə “Kətibə Hizbullah” adlı bir qrupun lideridir və əsasən koordinasiya işləri ilə məşğuldur.

    Buna görə də, beynəlxalq dairələr bu prosesə “qapıdan çıxış, pəncərədən geri qayıdış” kimi baxır.

    Həşd əş-Şaabinin yenidən qurulması və digər silahlı qrupların dondurulması

    Alternativ bir plan isə “Həşd əş-Şaabi”nin strukturunun yenidən qurulmasını və silahlı qrupların müvəqqəti dondurulmasını nəzərdə tutur. Bu çərçivədə “Həşd”in rəhbərliyində dəyişikliklər edilməli, qurumun rəhbəri hərbi peşəkar bir zabit olmalı və təxminən 300 komandanlıq vəzifəsi dəyişdirilməlidir.

    Bu seçim silahlı qüvvələr arasındakı güc balansını dəyişmək potensialına malik olsa da, silahlı qruplar bu yenidənqurulma prosesində iştirak edəcək rəhbərliyin onların maraqlarına uyğun olmasını tələb edir.

    İslahatlar həmçinin maaş sistemindəki şişirdilmiş rəqəmləri azaltmalı, silahları dövlət anbarlarında qeydiyyata almalı və peşəkar zabitləri döyüşçü komandirləri ilə birbaşa əlaqədə olan vəzifələrə gətirməlidir.

    Lakin bu planın yarısı silahlı qruplar tərəfindən rədd edilib. Onlar yalnız İran rəhbərliyinə yaxın qüvvələrin razılığı ilə belə bir prosesə icazə verə biləcəklərini bildirirlər.

    İran və ABŞ faktorları

    Planın icrası hazırda dayandırılıb. İran rəhbərliyi “Həşd əş-Şaabi” və silahlı qruplar məsələsində hər hansı güzəştə getməmək qərarına gəlib. Ali dini lider Əli Xameneiyə yaxın dairələr “zəruri və ölçülmüş olmayan güzəştlərin edilməsinə ehtiyac yoxdur” mövqeyini müdafiə edirlər.

    Digər tərəfdən, İraq şiə qüvvələri ABŞ-la birbaşa əlaqə qurmaq imkanının olmamasına görə bu prosesin gələcəyindən əmin deyillər. Hazırda Tramp administrasiyası ilə əlaqənin olmaması səbəbindən silahlı qruplarla bağlı hansısa ciddi qərar qəbul etmək istəmirlər.

    İsrailin İraqdakı bəzi hədəfləri vurmaq istədiyi, lakin Vaşinqtonun bu planı dayandırdığı bildirilir. Bunun əvəzinə, ABŞ-ın İraq silahlı qruplarını idarə etməyə çalışacağı ehtimal edilir.

    Eyni zamanda, İraq daxilində siyasi ziddiyyətlər də bu planın həyata keçirilməsini çətinləşdirir. Siyasi çəkişmələri səbəbindən bəzi qruplar baş nazir Sudaniyə siyasi qazanc qazandırmaq istəmirlər və bu planın icrasını onun əleyhinə gecikdirmək niyyətindədirlər.

    Bu vəziyyət qarşısında, İraq hökuməti iki əsas sualla üz-üzə qalır:

    1. Silahlı qrupları rəsmi şəkildə buraxmaqla faktiki olaraq köhnə strukturu qorumaq strategiyası seçiləcəkmi?

    2. Yoxsa, əsl güzəştlərə gedərək, dövlət içindəki paralel güc strukturunu həqiqətən zəiflətmək lazım gələcək?

    Bu sualların cavabı isə yaxın aylarda daha aydın ola bilər.

    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    14 Noyabr 2025 00:24

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    13 Noyabr 2025 22:00

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52
    Demo
    XƏBƏR LENTİ

    Laçında Müdafiə Nazirliyinin hərbi qulluqçusu minaya düşərək ağır yaralanıb

    Qazaxıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

    DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

    Trend-in Türkiyə xəbər agentlikləri ilə əməkdaşlıq modeli TDT-də dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında örnək olmalıdır - Alptekin Cihangir İşbilir

    Əl-Fəşirdə insan alveri və cinsi zorakılıq kritik həddə çatıb - BMT

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib

    Türkiyə dünya nizamında mühüm yer tutur - Papa XIV Leo

    ABŞ beynəlxalq qüvvənin Qəzzəyə yerləşdirilməsi üçün 2026-cı ilin yanvarını hədəf seçib - İsrail mediası

    Döyüşlər yalnız Ukrayna qüvvələrinin mövqelərdən çıxması halında dayandırılacaq - Putin

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.