Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    5 Noyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İraqda seçkilər ərəfəsində Baş nazir Məhəmməd Şiə əs-Sudaninin yenidən hökumət başçısı kimi qalmaq ehtimalı siyasi dairələrdə əsas müzakirə mövzusudur. “İnşaat və İnkişaf Alyansı” əs-Sudani üçün ikinci müddətin mümkün olduğunu bildirir, lakin Koordinasiya Çərçivəsi daxilində nüfuzlu siyasi fiqurlar bunun real olmadığını düşünür.

    Səbəb kimi şiə siyasi bloklarında illərdir tətbiq edilən daxili razılaşma mexanizmi göstərilir. Bu mexanizm Baş nazir seçiminin parlament çoxluğu ilə deyil, siyasi razılıq əsasında formalaşdığını göstərir.

    Əs-Sudani son verdiyi açıqlamada “İkinci müddət üçün namizədəm” – deyə bildirib.

    O, hökumət kursunun davam etdirilməsi üçün ikinci müddətə ehtiyac olduğunu bildirib.

    Bununla yanaşı, Koordinasiya Çərçivəsinin nüfuzlu liderlərindən Nuri əl-Maliki, parlament çoxluğu və infrastruktur layihələrinin Baş nazirlik üçün kifayət sayılmadığını qeyd edib. Əl-Maliki əs-Sudaniyə qarşı çıxan əsas siyasi fiqurlardandır.

    İraq təcrübəsi göstərir ki, parlament çoxluğu nəticəni müəyyən etmir

    İraqın son beş parlament dövrü göstərir ki, hökumətin qurulması birbaşa seçki nəticələrindən asılı deyil. Məsələn, 2005-ci ildə Ayad Ələvi 91 mandatla hökuməti qura bilmədi, 2014-cü ildə Nuri əl-Maliki 100-dən çox mandatla baş nazir seçilmədi. Eləcə də, 2018-ci ildə Adil Əbdülmehdi seçkilərdə iştirak etmədən baş nazir oldu.

    Siyasi mənbələrə görə, növbəti dövr üçün də əsas amil Koordinasiya Çərçivəsinin yekun qərarıdır.

    Sünni blokun mövqeyi

    Sünni siyasi düşərgəyə yaxın mənbələr hesab edir ki, Baş nazir postu yenidən şiə siyasi blokları tərəfindən müəyyən ediləcək. 2021-ci ildəki üçtərəfli ittifaqın uğursuzluğu səbəbilə sünni fraksiyalar bu dəfə qarşıdurmadan uzaq olmaq xəttinə üstünlük verirlər.

    Mənbələr bildirir ki, sünni qüvvələr yalnız Koordinasiya Çərçivəsinin qərarından sonra mövqeyini rəsmiləşdirəcək. Hətta əs-Sudani şiə kvotasından 60-dan çox mandat qazansa belə, postun taleyi digər şiə bloklarının mövqeyi ilə bağlı olacaq.

    İran və ABŞ faktoru

    İranın təsirinin son iki il ərzində qismən azalmasına baxmayaraq, Koordinasiya Çərçivəsinin daxilində Tehranla yaxın əlaqələri olan qüvvələr üstünlük təşkil edir. ABŞ-ın bölgədəki mövqeyinin artması isə siyasi balansı dəyişsə də, Vaşinqton bu blokun təsir imkanlarını nəzərə almağa məcburdur.

    Siyasi analitik Qazi Fəysal hesab edir ki, əgər əs-Sudani şiə kvotasından kəskin üstünlük əldə etsə, Koordinasiya Çərçivəsində parçalanma baş verə bilər. Bu halda əs-Sudani sünni və kürd bloklarının dəstəyi ilə ikinci müddətə çıxış imkanı əldə edər. Fəysal qeyd edir ki, hazırkı proseslər parlament çoğunluğundan çox, regional və daxili siyasi balans üzərində formalaşır.

    #İraq #Tehran #Nuri əl-Maliki #İran-İraq əlaqələri #İraq seçkiləri #Koordinasiya Çərçivəsi #Məhəmməd Şiə əs-Sudani #İnşaat və İnkişaf Alyansı #İraqda Şiə siyasi blokları #İraqda Sünni siyasi blokları #Ayad Ələvi #Adil Əbdülmehdi #üçtərəfli ittifaq #ABŞ İraq münasibətləri #Qazi Fəysal #İraqda seçki prosesi #İraqın daxili siyasi vəziyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Biz həm müharibəyə, həm də danışıqlara hazırıq - İran XİN

    12 Yanvar 2026 13:22

    AZAL Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib

    9 Yanvar 2026 15:58

    Tramp öz ölkəsinin problemlərinə baxsın - Xamenei

    9 Yanvar 2026 13:55

    Türk Hava Yolları Tehrana uçuşları dayandırdı

    9 Yanvar 2026 12:33

    İran, ABŞ və İsraillə müharibəyə hazırdır - İran XİN rəhbəri

    9 Yanvar 2026 09:58

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42

    Pakistan İranın daxili işlərinə xarici müdaxiləyə qarşı olduğunu bəyan etdi

    8 Yanvar 2026 15:39

    Venesuela XİN rəhbəri ABŞ-ın hərbi təcavüzünü qınadığına görə İrana təşəkkür edib

    6 Yanvar 2026 12:02

    Tehranda MOSSAD agenti saxlanıldı

    5 Yanvar 2026 15:45

    İran Maduronun azadlığa buraxılmasını tələb edir

    5 Yanvar 2026 12:53

    Tehranın mərkəzində etirazlar yenidən alovlanıb

    5 Yanvar 2026 10:36

    OPEC+ neft hasilatını sabit saxlayacaq

    4 Yanvar 2026 17:08
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb

    Keçən il Türkiyədən Çinə mebel ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Devlet Bahçeli İrandakı gərginliyin həm Türkiyəni, həm də bölgəni təhdid etdiyini bildirib

    Dmitri Medvedyev Qrenlandiyanın Rusiyaya birləşə biləcəyini iddia edib

    Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

    Azərbaycan ilə İtaliya 2026-2027-ci illərdə 65 tədbir həyata keçirəcək

    ABŞ Senatı İsrailə milyardlarla dollar yardım və Fələstinə yeni məhdudiyyətlər təklif edir

    Azərbaycan–Suriya Biznes Şurasının yaradılması regional iqtisadi inteqrasiya üçün qapı açır

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    Azərbaycanla Ermənistan arasındakı bu razılaşma əməkdaşlığın yeni mərhələsinə xidmət edir - Baş prokuror

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.