BAKI,
AzerVoice
Livanın Akkar şəhərində yanacaqdoldurma məntəqəsində qaz tankeri
partlayıb, hadisə zamanı suriyalı qadın və üç uşağı həyatını
itirib.
AzerVoice xəbər verir ki, ötən gün
Akkar şəhərində dəhşətli partlayış baş verib.
Qaz tankerinin partlaması nəticəsində bir ailənin dörd üzvü faciəvi
şəkildə həlak olub, bir uşaq isə yaralanıb.
Rəsmi mənbələrin verdiyi məlumata görə, partlayış qaz sızması
səbəbindən baş verib.
Hadisə yerinə dərhal təcili yardım və xilasetmə xidməti cəlb
olunub.
Livan Qırmızı Xaç rəsmiləri cəsədləri və yaralıları bölgədəki
xəstəxanalara çatdırıblar.