BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişərək, 5 milyard 164 milyon 52 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə 656 milyon 808 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 7 milyard 891 milyon 733 min dollar məbləğində mebel ixrac edib.