Bakı. AzerPress:
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
AzerPress xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Əlavə məlumat veriləcək.
xxx
14:22
Xəbər verildiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış baş verib.
AzerPress xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonunda sexdə baş vermiş partlayış-yanğınla bağlı əraziyə FHN-in Kinoloji xidmətinin 3 baş iti cəlb edilib.
Dağıntılar altında qalanların olması ehtimal olunur.
13:48
Xəbər verildiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış baş verib
AzerPress xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonunda sexdə partlayış-yanğın baş verən əraziyə gəlib.
FHN Mətbuat xidmətindən AzerPress-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Görüntüləri təqdim edirik:










