BAKI, AzerVoice
Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində baş verən güclü partlayış nəticəsində çoxsaylı mülki şəxs həlak olub və yaralanıb.
AzerVoice xəbər verir ki, bu barədə ölkənin rəsmi “Əl-İxbariyyə” televiziyası cümə axşamı məlumat yayıb.
Yerli fövqəladə halların idarəetmə xidməti hadisə nəticəsində ölən və yaralananların sayının dəqiq olmadığını bildirsə də, bölgədəki mənbələr təxminən 50 nəfərin həyatını itirdiyini və ya yaralandığını açıqlayıb.
“Əl-İxbariyyə” telekanalının məlumatına görə, partlayışın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.