Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Redaktorun Seçimi

    Ferents Puşkaş kimdir?

    26 Yanvar 2025 14:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Ferents Puşkaş 2 aprel 1927-ci ildə Macarıstanın Budapeşt şəhərində anadan olub. Puşkaş futbola atasının məşqçisi olduğu Kispest komandasında başlayıb. O, 1943-1949-cu illərdə Kispeştdə 177 oyun keçirib və 187 qol vurub.

    Gənc forvard 1949-cu ildə Budapeşt Honvedə transfer oldu. Altı il burada çıxış edən Puşkaş 164 matçda 165 qol vurub. Puşkaş oyun başına vurduğu orta qolla adını tarixə qızıl hərflərlə yazdı. Puşkaş vurduğu qəşəng qollarla qısa zamanda bütün dünyanın diqqətini çəkdi.

    1945-ci ildə Macarıstan milli komandasında da oynamağa başladı və dəqiq sol ayaq zərbəsinin sahibi kimi tez bir zamanda ad qazandı.

    “Sehrli Maqyarlar” kimi tanınan Macarıstan millisi 1950-1956-cı illər arasında 43 qələbə, 7 bərabərlik, 1 məğlubiyyətlə əla rekorda imza atdı və bu yolda 1952-ci il Helsinki Olimpiya Oyunlarında qızıl medal qazandı. Komandanın bu dövrdəki bir itkisi 1954-cü il Dünya Kubokunun finalında oldu. Hansı ki, Macarıstan Puşkaşın topuq zədəsi ilə oynamağa cəhd göstərməsi ilə Qərbi Almaniya 3-2 hesabı ilə məğlub oldu.

    Puşkas 1958-ci ildə Real Madridə transfer olub. Orada Alfredo di Stefano ilə birlikdə dünyanın ən təhlükəli duetlərindən birini formalaşdırdı. Puşkaş ispan klubunda 262 oyunda 242 qol vurub və Real Madridin ardıcıl beş liqa çempionluğunda (1961-65) və üç avrokubok titulunda mühüm rol oynayıb.

    1961-ci ildə İspaniya vətəndaşı olduqdan sonra Puşkaş 1962-ci il Dünya Kubokunda İspaniyanı təmsil etdi, lakin dörd matçda qol vura bilmədi. 1966-cı ildə karyerasını bitirdi və bir neçə il məşqçi kimi çalışdı.

    1993-cü ildən sonra məşqçilik karyerasını başa vuran Puşkaş 2006-cı il noyabrın 17-də dünyasını dəyişib.

    FİFA Puşkaş mükafatı

    FİFA Puşkaş mükafatı — 2009-cu il 20 oktyabr tarixində FİFA tərəfindən yaradılmışdır. Təşkilatın keçmiş prezidenti Yozef Blatterin göstərişi ilə təsis edilmişdir.

    "Futbol tarixində öz oyunu ilə iz buraxan birinin adını qorumaq olduqca önəmlidir. Ferents Puşkaş yalnız bir çox mükafat qazanmış futbolçu kimi deyil həmçinin möhtəşəm insan kimi ad qazanmışdır. Bu səbəbdən FİFA bu mükafatı onun adına təsis etməklə böyük sevinc hissi duyur",- bu fikirləri Blatter səsləndirmişdir.

    Mükafatın ilk təqdimatı 2008/2009 mövsümünün sonunda olmuşdur. Mükafat ilk dəfə 2009-cu il dünyanın ən yaxşı oyunçusu mükafatı üzrə İsveçrədə baş tutmuş qala gecəsində təqdim edildi.

    Qalib 21 dekabr tarixində elan edildi və mükafatın ilk sahibi portuqaliyalı Kriştiano Ronaldo olmuşdur.

    #Kim-kimdir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lesley Blanch Kimdir?

    9 Avqust 2025 18:10

    Zahran Mamdani kimdir?

    13 İyul 2025 19:30

    Rüstəm Minnixanov Kimdir?

    6 İyul 2025 12:28

    Əhməd Şah Məsud kimdir?

    5 İyul 2025 13:30

    Reza Pəhləvi Kimdir?

    29 İyun 2025 15:58

    Seyid Asim Munir Əhməd Şah Kimdir?

    28 İyun 2025 13:43

    Əl-Kindi Kimdir?

    8 İyun 2025 16:31

    Əbdülfəttah Əl-Sisi Kimdir?

    1 İyun 2025 11:03

    Hüsnü Mübarək Kimdir?

    31 May 2025 17:53

    Eli Kohen Kimdir?

    25 May 2025 16:52

    Həsən əl-Turabi kimdir?

    11 May 2025 15:29

    Dəspinə Xatun kimdir?

    4 May 2025 19:20
    Demo
    XƏBƏR LENTİ

    Vaşinqtonda milli qvardiyanın xidmət müddəti 2026-cı ilə qədər uzadılıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb

    Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə görüşüb

    İsrail ordusunda 18 ayda 300-ə yaxın intihar cəhdi qeydə alınıb

    Atatürk Beynəlxalq Sülh Mükafatı Quterreşə təqdim ediləcək

    44 günlük Vətən müharibəsinin xronikası: 30 oktyabr

    Tarixdə bu gün - 30 oktyabr

    Azərbaycan və Çin arasında turizm əlaqələri müzakirə olunub

    Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.