Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İranda nə baş verir?

    12 Yanvar 2026 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün.

    İranda baş verən prosesləri analiz və təhlil etmək üçün mövzunu bir neçə əsas müstəvidə dəyərləndirmək zəruridir. İlk növbədə İran ilə Venesuela arasındakı fundamental fərqləri düzgün müəyyənləşdirmək lazımdır.

    İran tarixi, siyasi və coğrafi baxımdan köklü bir mövcudiyyətə malikdir. Bu ölkə minilliklər boyunca formalaşmış dövlətçilik ənənəsinə, davamlı siyasi kimliyə və oturuşmuş demoqrafik resursa sahibdir. İran, ərəb-İslam hakimiyyəti dövrü istisna olmaqla, müxtəlif mərhələlərdə türk sülalələrinin idarəsi altında olsa belə, “İran” olaraq tarixi-siyasi mövcudiyyətini qoruyub saxlamışdır.

    Azərbaycan cəmiyyətində geniş yayılmış yanlış anlayışlardan biri də “İran” anlayışının yalnız farsların dövləti kimi təqdim edilməsidir. Halbuki İran həm türk xalqlarının, həm də İran dilli xalqların birgə formalaşdırdığı mürəkkəb və çoxqatlı siyasi reallıqdır. Bu məsələyə obyektiv yanaşmaq istəyənlər üçün Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri mühüm intellektual mənbədir. Rəsulzadə burada Səyavuş obrazını İran və türk xalqlarının ortaq mədəni-siyasi simvolu kimi təqdim edir.

    Venesuela isə tarixi baxımdan dərin dövlətçilik ənənəsinə malik olmayan, daha çox müstəmləkəçilikdən sonrakı proseslərin nəticəsi olaraq formalaşmış bir dövlətdir. Venesuela cəmiyyəti vahid və formalaşmış demoqrafik-siyasi resurs deyil; bu ölkənin siyasi reallığı tarixi köklərdən çox, keçici proseslərin məhsuludur.

    Bu kontekstdə Maduro ilə Xamenei arasındakı fərqləri müqayisə etmək daha aydın nəticələr verir. Maduro ideoloji baxımdan sosialist şüarlarla hakimiyyətə gəlmiş, müəyyən siyasi ənənənin davamçısı kimi çıxış etmişdir. Lakin beynəlxalq siyasi-iqtisadi sistem daxilində bu ideyaları praktik müstəvidə reallaşdıra bilməmiş, eyni zamanda xalqın böyük bir hissəsi ilə dərin ideoloji və mənəvi bağ qura bilməmişdir. Məhz bu səbəbdən onun hakimiyyətdən uzaqlaşdırılması ehtimalına Venesuela cəmiyyətində ciddi və kütləvi reaksiya müşahidə olunmamışdır.

    Xamenei isə sırf siyasi lider deyil, eyni zamanda dini-ideoloji liderdir. Hətta bütün iranlılar üçün olmasa belə, şiə teokratik sistemində xüsusi mövqeyə malikdir və ideoloji, dini, ruhani baxımdan ona bağlı olan geniş kütlələr mövcuddur. Bu bağlılıq əsasən iqtisadi maraqlardan deyil, siyasi-əqidəvi və ideoloji faktorlar üzərindən formalaşır. Bundan əlavə, İranın regionda ona bağlı olan proksi gücləri mövcuddur və bu amil Tehranın regional təsir imkanlarını artırır.

    Digər mühüm məqam ondan ibarətdir ki, İran cəmiyyətinin müəyyən hissəsi üçün Xamenei sadəcə dini lider yox, həm də milli-siyasi fiqurdur. 12 günlük İsrail–İran qarşıdurması zamanı bunu aydın şəkildə müşahidə etdik: xarici təhlükə fonunda, hətta sekulyar təbəqələrin bir hissəsi belə ölkənin parçalanmaması naminə mövcud hakimiyyətin ətrafında birləşdi.

    İranın yerləşdiyi coğrafiya da xüsusi əhəmiyyət daşıyır. Yaxın Şərq bölgəsi qlobal logistik, enerji və iqtisadi layihələrin kəsişmə nöqtəsidir. Bu regionda demək olar ki, bütün aktorlar silahlıdır və təhlükəsizlik son dərəcə kövrəkdir. İranda mümkün rejim dəyişikliyi yalnız daxili siyasi transformasiya deyil, eyni zamanda uzunmüddətli regional destabilizasiya, münaqişələr, müharibələr, qaçqın axını və idarəolunmaz xaos riski deməkdir.

    Bu baxımdan İranın Venesuela ilə eyniləşdirilməsi elmi və siyasi baxımdan yanlışdır. Bütün rejimlər kimi, İran teokratik sistemi də əbədi deyil və onun ciddi problemləri mövcuddur. Bu problemlərdən biri hakimiyyət daxilində siyasi baxış fərqlərinin olması və cəmiyyətin müəyyən hissəsi ilə ideoloji bağların zəifləməsidir.

    Xüsusilə vurğulamaq lazımdır ki, İran cəmiyyəti kifayət qədər pluralistdir və təxminən yarısı sekulyar dünyagörüşünə yaxındır. Bu isə o deməkdir ki, rejimin cəmiyyətin bütün təbəqələri ilə ideoloji əlaqəsi yoxdur. Lakin digər yarısı ilə kifayət qədər güclü və dərin bağlılıq mövcuddur.

    Nəhayət, İranın əsas iqtisadi problemlərinin kökündə onun beynəlxalq iqtisadi sistemə tam şəkildə inteqrasiya edə bilməməsi dayanır. Sanksiyalar, siyasi izolyasiya və struktur problemlər bu prosesi daha da dərinləşdirir.

    İran siyasi sistemi analizi, İran teokratik rejimi, İran cəmiyyətinin pluralizmi, Yaxın Şərqdə İran amili, İran və regional destabilizasiya riski

    #v #İranın tarixi-siyasi davamlılığı #İran anlayışının çoxqatlı mahiyyəti #Venesuela modelinin institusional zəifliyi #Maduro və Xamenei: fərqli legitimlik mənbələri #Dini–ideoloji bağlılıq və siyasi dayanıqlıq #Xarici təhlükə və daxili konsolidasiya #İranın regional mövqeyi və risklər #Rejim problemləri və cəmiyyətin pluralizmi #Sanksiyalar və iqtisadi izolyasiya faktoru
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranda nə baş verir?

    12 Yanvar 2026 09:00

    BƏƏ terrorla mübarizədə oyunun qaydalarını necə dəyişir?

    11 Yanvar 2026 09:00

    “Putin Trampı yorub?” — Vaşinqton Rusiyaya qarşı sərt addımlar atır

    10 Yanvar 2026 18:43

    Petro Trampın hədələri fonunda Kolumbiyanı müdafiə edəcəyini bəyan edib

    5 Yanvar 2026 20:48

    Yeni pullar Suriyanın maliyyə gələcəyinə necə təsir edəcək?

    5 Yanvar 2026 04:00

    Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

    2 Yanvar 2026 19:09

    Al Baraka Azerbaijan 2025-ci ildə 16 ölkədə 420 xeyriyyə layihəsi icra edib

    30 Dekabr 2025 21:25

    Çinin Tayvan ətrafında son hərbi təlimləri nə mesaj verir?

    30 Dekabr 2025 20:52

    Ukrayna Putinin Novqoroddakı iqamətgahına dronlarla hücum edib - Rusiya

    29 Dekabr 2025 20:49

    İsrail Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyat üçün ABŞ-dan yaşıl işıq gözləyir

    19 Dekabr 2025 04:00

    İsrail ordusundakı etirazlar və “buldozer problemi”

    4 Sentyabr 2025 22:00

    İstanbulda bir şəxs Ayasofya məscidini yandırmağa cəhd edib

    5 Avqust 2025 18:06
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin 16 vilayətində FETÖ-yə qarşı əməliyyat: 81 nəfər saxlanılıb

    Yəməndə yeni mərhələ: Silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi hədəflənir

    Mülki pilotsuz uçuş aparatları üzrə icazə və qeydiyyat müraciətləri “mygov” üzərindən rəqəmsallaşdırıldı

    Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib

    Medianın İnkişafı Agentliyinin yaradılmasından beş il ötür

    Keçən il Türkiyədən Özbəkistana xalça ixracı 7 milyon dolları keçib (ÖZƏL)

    İranda nə baş verir?

    Eduard Bernays qadınları siqaretə necə yönəltdi?

    Bu gün Malkolm X-in qızı saxlanıldı

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.