Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Medianın İnkişafı Agentliyinin yaradılmasından beş il ötür

    12 Yanvar 2026 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

    AzerVoice xəbər verir ki, Azərbaycan mediası bu dövr ərzində özünəməxsus inkişaf yolu keçərək, ölkədə və dünyada baş verənlər haqqında cəmiyyətin məlumatlandırılmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Müasir dövrdə isə cəmiyyətin bütün sahələrində aparılan köklü islahatlar, qlobal informasiya məkanında sürətlə baş verən dəyişikliklər və kommunikasiya vasitələrinin inkişafı medianın fəaliyyətində keyfiyyət dəyişikliyini zəruri edir.

    Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılmasına zərurət yaranıb.

    Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

    Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

    Müvafiq sahənin inkişafının təmini, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində fəaliyyət, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.

    Son illər Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri getdikcə genişlənir, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir ki, burada da Medianın İnkişafı Agentliyinin rolu danılmazdır.

    MEDİA, həmçinin qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platformalar olan bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə təşkilində də xüsusi fəallıq göstərir.

    Yaradılmasından qısa müddət, beş il keçməsinə baxmayaraq, qurum Azərbaycan mediasının modernləşməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaf fəaliyyətinin təmin olunmasında mühüm nəticələrə imza atıb. Görülən işlərin nəticəsidir ki, Azərbaycan mediası getdikcə həm yerli, həm də beynəlxalq aləmdə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqeyini gücləndirir.

    Azərbaycanda müasir medianın inkişafı: MEDİA Agentliyi islahatların mərkəzində

    Azərbaycan mediası 1990-cı illərdən etibarən modernləşmə mərhələsinə daxil olub. Senzuranın aradan qaldırılması, söz azadlığının genişlənməsi, media qanunvericiliyinin təkmilləşdirilməsi və redaksiyaların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində islahatlar aparılıb. 2021-ci ildə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media sahəsində institusional quruculuğu dərinləşdirib, rəqəmsal transformasiya, innovasiya, jurnalist hazırlığı və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib.

    SEO Keywords

    Azərbaycan mediası, MEDİA Agentliyi, media islahatları, media sahəsində islahatların dərinləşdirilməsi, senzuranın ləğvi, söz azadlığı Azərbaycan, media qanunvericiliyi, rəqəmsal media, onlayn media subyektləri, audiovizual media, xəbər agentlikləri, jurnalist təlimləri, media modernləşməsi, media şəffaflığı, vətəndaş məmnunluğu, innovasiya və İKT, qlobal informasiya məkanı, Avropa media əməkdaşlığı

    LSI Cluster

    informasiya siyasəti, institusional quruculuq, publik hüquqi şəxs, redaksiya inkişafı, media ekosistemi, peşəkar jurnalistika, etik standartlar, media savadlılığı, informasiya təhlükəsizliyi, rəqəmsal hökumət kommunikasiya, ictimaiyyətin obyektiv məlumatlandırılması

    Long-tail Keywords

    • Azərbaycanda media islahatları nə zaman başladı və hansı nəticələr verdi
    • MEDİA Agentliyi nədir və Azərbaycan mediasında rolu nədən ibarətdir
    • Azərbaycan mediasının modernləşməsi və rəqəmsal transformasiya istiqamətləri
    • Azərbaycanda senzuranın ləğvindən sonra media mühiti necə dəyişdi
    • Jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün MEDİA Agentliyinin proqramları
    • Azərbaycan mediası ilə Avropa informasiya agentlikləri arasında əməkdaşlıq layihələri
    • Media şəffaflığı və vətəndaş məmnunluğu prinsiplərinin tətbiqi Azərbaycanda
    • Onlayn media subyektlərinin inkişafı və yeni informasiya-kommunikasiya texnologiyaları

    Google News / Discover Signals

    BAKI, AzerVoice; media islahatları; MEDİA Agentliyi; rəqəmsal transformasiya; jurnalist təlimləri; innovasiya; beynəlxalq əməkdaşlıq; şəffaflıq; söz azadlığı; Azərbaycan mediası.

    Meta Draft (no-canonical)

    title: Azərbaycanda müasir medianın inkişafı: MEDİA Agentliyi islahatların mərkəzində | description: Azərbaycanda media islahatları, senzuranın aradan qaldırılması və MEDİA Agentliyinin fəaliyyəti fonunda medianın modernləşməsi və rəqəmsal transformasiya prosesləri.

    #Azərbaycan #Bakı #Medianın İnkişafı Agentliyi #MEDİA #media savadlılığı #MEDİA Agentliyi #qlobal informasiya məkanı #dövlət media dəstəyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirak edəcək

    12 Yanvar 2026 10:52

    Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib

    12 Yanvar 2026 10:06

    Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

    11 Yanvar 2026 17:34

    Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

    11 Yanvar 2026 15:33

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    11 Yanvar 2026 14:37

    Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

    11 Yanvar 2026 13:45

    İspaniya Superkuboku: “Barselona” və “Real Madrid” üz-üzə gələcəklər

    11 Yanvar 2026 12:45

    Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib

    11 Yanvar 2026 10:46

    Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi açıqlandı

    10 Yanvar 2026 16:01

    Təhsil sənədlərinin “mygov” üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir

    10 Yanvar 2026 12:57

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

    9 Yanvar 2026 17:56

    "BİR KREDİT BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

    9 Yanvar 2026 17:46
    Demo
    XƏBƏR LENTİ

    Hüquq Bələdçisi - Azərbaycanda mediasiya islahatları

    Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirak edəcək

    Keçən il Türkiyədən Qazaxıstana mebel ixracı 48 milyon dolları keçib (ÖZƏL)

    Türkiyənin 16 vilayətində FETÖ-yə qarşı əməliyyat: 81 nəfər saxlanılıb

    Yəməndə yeni mərhələ: Silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi hədəflənir

    Mülki pilotsuz uçuş aparatları üzrə icazə və qeydiyyat müraciətləri “mygov” üzərindən rəqəmsallaşdırıldı

    Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib

    Medianın İnkişafı Agentliyinin yaradılmasından beş il ötür

    Keçən il Türkiyədən Özbəkistana xalça ixracı 7 milyon dolları keçib (ÖZƏL)

    İranda nə baş verir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.