Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Qətər HƏMAS-a sığınacaq verir - Netanyahu

    17 Sentyabr 2025 10:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin Baş naziri Benyamin Netanyahu, bir həftə əvvəl Dohada həyata keçirilən hava hücumundan sonra Qətərə qarşı “sözlü” hücumlarını artırıb.

    AzerVoice xəbər verir ki, Yedioth Ahronoth və Maariv qəzetlərinin məlumatına görə, Netanyahu Qüdsün qərbində yerləşən ofisində mətbuat konfransı keçirib.

    Netanyahu bildirib ki, Qətərə qarşı sərt tənqidlər səsləndirib və "bunları müharibə zamanı ifadə etdiyini" deyib.

    "Qətər istəsəydi, çox daha güclü təzyiq göstərə bilər və oğurlanan bütün vətəndaşlarımızın (israilli əsirlərin) azad olunmasına yardımçı ola bilərdi" deyə iddia edən Netanyahu, Qətərin HƏMAS-la əlaqəli olduğunu, HƏMAS-ı dəstəklədiyini, ona ev sahibliyi etdiyini və maliyyələşdirdiyini bildirib.

    O, Al Jazeera televiziya kanalına baxanların orada antisemitizm, antisiyonizm və illərdir davam edən anti-Amerikanizm görə biləcəklərini iddia edib.

    Netanyahu ölkəsinin Qətərə qarşı aqressiv davranışını haqlı çıxarmağa çalışaraq, 11 sentyabr 2001 hadisələrindən iki həftə sonra qəbul edilən BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsinə istinad edib.

    Netanyahu deyib ki, BMT Təhlükəsizlik Şurası həmin qətnamədə terrorçuların “harada olurlarsa olsunlar zərərsizləşdirilməsi” qərarını verib və qərarda göstərilib ki, terrorçular hər hansı bir dövlətin ərazisində sığınacaq, maliyyə və ya müdafiə alsalar belə, terrorçu kimi qiymətləndirilməlidirlər.

    O əlavə edib ki, ABŞ bu qərara əsaslanaraq terrorçu kimi qiymətləndirdiyi şəxslərin yaşadığı Əfqanıstanı, daha sonra isə Pakistani bombalayıb.

    Netanyahu bildirib ki, ortada açıq nəticə var – onlar Qətərdə hərəkətə keçiblər və HƏMAS artıq sığınacaq tapa bilmir. Bu isə HƏMAS liderlərinə və İsrailin hər yerdəki düşmənlərinə çox güclü mesajdır.

    O həmçinin qeyd edib ki, Qətərlə heç bir ticarət əlaqəsi yoxdur və bu məsələyə maraq göstərmir.

    Qeyd edək ki, İsrail ordusu 9 sentyabrda Dohada HƏMAS-ın danışıqlar heyətinin yerləşdiyi binaya hava hücumu təşkil edib.

    Hücum zamanı HƏMAS-ın siyasi bürosunun üzvü Halil əl-Hayyenin oğlu, 4 HƏMAS üzvü və bir Qətər polisi olmaqla ümumilikdə 6 nəfər həyatını itirib. HƏMAS-ın rəhbər heyəti isə hücumdan salamat çıxıb.

    İsrail Baş naziri Netanyahu isə 10 sentyabrda verdiyi açıqlamada Qətərə belə deyib: “Ya onları (HƏMAS üzvlərini) ölkədən çıxarırsınız, ya da ədalətə təhvil verirsiniz. Əgər etməsəniz, biz edəcəyik.” – deyə yeni hücum təhdidi irəli sürüb.

    #Qəzza #Benyamin Netanyahu #Qəzza zolağı #Qətər #HƏMAS #Doha #Qəzza hücumu #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #Qətər Qəzza atəşkəs vasitəçiliyi #Netanyahu və Suriya məsələsi #Netanyahu 7 Oktyabr istintaqı #Netanyahu siyasi böhran #Netanyahu və İsrail hökuməti #Qətərin diplomatik rolu #Doha partlayış
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42

    Hakan Fidan və Qətər Baş naziri arasında regional məsələlər müzakirə olunub

    6 Fevral 2026 14:11

    Rəfah sərhəd məntəqəsi vasitəsilə xəstələrin təxliyəsi dayandırılıb

    4 Fevral 2026 13:01

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    İsrail ordusunun Qəzzaya artilleriya hücumları nəticəsində biri uşaq olmaqla 9 fələstinli həlak olub

    4 Fevral 2026 10:31

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması planlaşdırılır

    3 Fevral 2026 17:26

    İsrail yalnız 12 fələstinlinin Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya qayıtmasına icazə verib

    3 Fevral 2026 12:39

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52
    Demo
    XƏBƏR LENTİ

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    Müəllimi güllələyən şagird həbs edildi

    Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

    Salah Səudiyyə Ərəbistanına gələrsə, Ronaldo gedə bilər

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    Müəllimi qorumaq gələcəyimizi qorumaqdır

    “Xatirələr sahilində” filminin nümayişi keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.