BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin iyul ayında ABŞ-yə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalaraq, 113 milyon 516 min 33 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən ABŞ-yə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azalaraq, 690 milyon 480 min 82 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 31 milyard 566 milyon 448 min dollar məbləğində kimyəvi maddə ixrac edib.