BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin iyul ayında İraqa tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq, 14 milyon 864 min 35 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən İraqa tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artaraq, 93 milyon 629 min 11 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 5 milyard 512 milyon 669 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 777 milyon 528 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 9 milyard 590 milyon 197 min dollar məbləğində tekstil ixrac edib.