Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ Latın Amerikaya narkotiklərlə mübarizə çərçivəsində səkkiz hərbi gəmi göndərib

    28 Avqust 2025 11:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ Latın Amerikasında narkotiklərlə mübarizə çərçivəsində bölgəyə səkkiz hərbi gəmi göndərib.

    AzerVoice xəbər verir ki, “Washington Post”un məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Karib dənizi və Sakit okean sularında həyata keçiriləcək əməliyyat çərçivəsində gəmilərin yerləşdirildiyini bildiriblər. Hərbi gəmilər Mərkəzi və Cənubi Amerika ölkələri yaxınlığında fəaliyyət göstərəcək.

    Məlumata görə, bölgəyə üç esmines (USS Gravely, USS Jason Dunham, USS Sampson), iki desant dok gəmisi, bir amfibiya hücum gəmisi, bir sürətli döyüş gəmisi və bir sahil döyüş gəmisi (LCS) göndərilib. Rəsmilər esmineslərin Venesuela sahillərinə “çox yaxın” olmadığını xüsusi vurğulayıblar. Ekipaj heyətində narkotik əməliyyatlarına cavabdeh zabitlərin də yer aldığı bildirilir.

    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizəni gücləndirmək üçün ordunun istifadəsini artıran icra sərəncamı imzalayıb. CNN-in məlumatına görə, Trampın göstərişi ilə bölgəyə 4 min dəniz piyadasının göndərilməsi və Venesuela sahillərinə əlavə üç hərbi gəminin yerləşdirilməsi qərarı qəbul olunub.

    Venesuela prezidenti Nikolas Maduro isə ABŞ-ın bu addımına sərt reaksiya verərək, “Heç kim Venesuela ərazisinə toxunmağa cürət etməməlidir” deyib. O, həmçinin ABŞ-ın onun həbsinə aparan məlumat üçün mükafatı artırmasından sonra ölkə daxilində 4,5 milyondan çox milis qüvvəsinin yerləşdiriləcəyini açıqlayıb.

    #ABŞ #Donald Tramp #Venesuela #Latın Amerikası #Nikolas Maduro #hərbi əlaqələr #hərbi təlimlər #Sakit okean #Latın Amerikası bazarı #Venesuela xəbərləri #ABŞ Venesuela gəmilər #Karib dənizi böhranı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    14 Fevral 2026 11:51

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38
    XƏBƏR LENTİ

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.