BAKI, AzerVoice, Zeynəb Raminqızı
Ukrayna və ABŞ nümayəndə heyətləri sabah Nyu-Yorkda görüşəcək.
AzerVoice xəbər verir ki, bu barədə Volodimir Zelenski video bəyanatında bildirib.
Bəyanatda Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov həftə ərzində Qətər, Səudiyyə Ərəbistanı və İsveçrədə görüşlər keçirdiyini qeyd edib.
“Cümə günü (29 avqust) ABŞ-ın Nyu-York şəhərində prezident Donald Trampın komandası ilə də görüşlər keçirəcəyik”, - deyən Zelenski, görüşlərdə təhlükəsizlik təminatları çərçivəsində çalışan bütün rəsmilərin iştirak edəcəyini və görüşlərin hərbi, siyasi və iqtisadi ölçüləri əhatə edəcəyini bildirib.