BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ Dövlət katibi Marko Rubio ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi arasında Ukraynadakı nüvə obyektləri və agentliyin İranda həyata keçirdiyi nəzarət fəaliyyətləri də daxil olmaqla, qlobal nüvə təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu bildirilib.
AzerVoice xəbər verir ki, Dövlət Departamentinin açıqlamasına görə, sentyabrın 8-dən 12-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək BAEA İdarə Heyətinin iclası ərəfəsində baş tutan görüşdə Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyi və agentliyin İranda həyata keçirdiyi yoxlama və nəzarət fəaliyyətləri də daxil olmaqla müxtəlif qlobal nüvə təhlükəsizliyi məsələləri müzakirə edilib.
Açıqlamada bildirilib ki, “Katib Rubio, Prezident Qrossiyə, ABŞ-ın nüvə texnologiyasının dinc məqsədlərlə istifadəsini təşviq etmək və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün BAEA-ya dəstək verməkdə qərarlı olduğunu bir daha vurğuladı.”