BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasına görə, Görüşdə ikitərəfli münasibətlər, Ukrayna-Rusiya sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Alyaska və Vaşinqtonda keçirilən sülh danışıqlarını yaxından izlədiklərini, Türkiyənin müharibəni ədalətli sülhlə bitirmək üçün səylərini davam etdirdiyini və Ukraynanın təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu bildirib. O, Ukrayna-Rusiya danışıqlarının gücləndirilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni edəcəyini qeyd edib. Ərdoğan həmçinin Zelenskini Ukraynanın müstəqillik günü münasibətilə təbrik edib.
Qeyd edək ki, Ərdoğan İstanbulda Ukrayna-Rusiya danışıqlarının bərpasını dəstəklədiyini və Türkiyənin sülhə töhfə vermək üçün liderlər səviyyəsində görüşlərə ev sahibliyi etməyə hazır olduğunu dəfələrlə bəyan edib.