BAKI, AzerVoice, Zeynəb Raminqızı
Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq, 755 min 25 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz azalaraq, 7 milyon 182 min 76 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 849 milyon 516 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 132 milyon 770 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 1 milyard 488 milyon 430 min dollar məbləğində dəri ixrac edib.