BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 4 milyard 508 milyon 570 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 7 milyard 901 milyon 149 min dollar məbləğində mebel ixrac edib.