BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 2 milyard 609 milyon 212 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 429 milyon 891 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 4 milyard 396 milyon 728 min dollar məbləğində sement ixrac edib.