BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artaraq, 10 milyon 856 min 6 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 79,3 faiz artaraq, 55 milyon 774 min 58 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 9 milyard 615 milyon 343 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 1 milyard 370 milyon 483 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 16 milyard 419 milyon 845 min dollar məbləğində polad ixrac edib.