BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 1 milyard 567 milyon 617 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 319 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.