BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 40 milyard 210 milyon 571 min dollar məbləğində avtomobil ixrac edib.