Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Sahibə Qafarova Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib

    4 Avqust 2025 15:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forum öz işinə başlayıb. Tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

    Bu barədə AzerVoice -ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, əvvəlcə tədbirin açılış mərasimi keçirilib.

    Spiker Sahibə Qafarova Forumun "Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol" mövzusunda keçirilən birinci sessiyasına sədrlik edib. O, tədbirin uğurla təşkil olunmasına görə ev sahibi Türkmənistana təbriklərini çatdırıb.

    Milli Məclisin sədri bildirib ki, bu forumun məqsədi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə, tranzit ölkələrdə və inkişaf tərəfdaşlarında siyasət və proqramların formalaşdırılması və icrasında, həmçinin bu ölkələr üçün qəbul edilmiş Fəaliyyət Proqramları üzrə öhdəliklərin və prioritetlərin yerinə yetirilməsində parlamentlərin oynaya biləcəyi rolu qəbul etməkdir. Onun sözlərinə görə, parlamentlər müəyyən edilmiş məqsədlərə nail olmağı dəstəkləmək üçün mühüm qanunvericilik bazasına, büdcənin formalaşdırılması və nəzarət alətlərinə malikdir. İnsanların təmsilçisi olaraq məhz parlamentlər ilk olaraq onlarla təmas qururlar. Vurğulanıb ki, hökumətlər və vətəndaşlar arasında körpü rolunu oynayan parlamentlər vətəndaş cəmiyyətinin irəli sürdüyü istənilən fikir və ideyaları dinləyib gündəmə gətirirlər.

    Spiker Sahibə Qafarova çıxışında milli sərhədləri aşan və parlamentlərin fəaliyyətini beynəlxalq səviyyəyə qaldıran parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ideyaların müzakirəsi və təcrübə mübadiləsinin parlamentlərin fəaliyyətinə yeni perspektivlər qatacağına inamını ifadə edib. Qeyd olunub ki, belə forumlar parlamentlərin səylərinin birləşdirilməsinə və fəaliyyətlərin əlaqələndirilməsinə kömək edə bilər. Milli Məclisin sədri vurğulayıb ki, milli inkişaf, regional əməkdaşlıq, beynəlxalq dəstək və tərəfdaşlıq hazırkı və gələcək fəaliyyətin əsas istiqamətləri kimi qalmalıdır. Onun sözlərinə görə, bu, 2030 Gündəliyinin, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, eləcə də heç kimin geridə qalmaması baxımından böyük əhəmiyyət daşıyır.

    Parlamentin Spikeri müzakirələr zamanı Azərbaycanın bu istiqamətdəki təcrübələrini də diqqətə çatdırıb. O, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın həyata keçirdiyi təşəbbüslərin coğrafi məhdudiyyətləri imkanlara çevirdiyini vurğulayaraq bildirib ki, son illər ərzində ölkəmiz nəqliyyat infrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanına, yeni avtomobil və dəmir yollarının inşasına milyardlarla dollar sərmayə yatırıb. Qeyd olunub ki, Transxəzər Orta Dəhliz və Şimal-Cənub dəhlizi boyunca yerləşən Azərbaycan bu gün Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

    Milli Məclis sədrinin çıxışında bildirilib ki, orta dəhlizin təməl daşı olan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin regional əlaqəni yaxşılaşdırmaq öhdəliyinin sübutudur. Hazırda davam edən "Rəqəmsal İpək Yolu" layihəsi – Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel şəbəkəsi – rəqəmsal infrastrukturun və rəqəmsal təhlükəsizliyin inkişafına töhfə verəcək.

    Spiker Sahibə Qafarova, həmçinin hazırda həyata keçirilən digər mühüm təşəbbüs - Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq haqqında da məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənub-Cənub əməkdaşlığı konsepsiyasına sadiq qalaraq, gömrük işinin təkmilləşdirilməsi, modernləşdirilməsi, rəqəmsallaşdırılması və infrastrukturun inkişafı sahəsindəki təcrübəsini dənizə çıxışı olmayan digər inkişaf etməkdə olan ölkələrlə bölüşür. Bu da həmin ölkələrə coğrafi təcriddən çıxmaq və kollektiv tərəqqiyə nail olmaq imkanı yaradır. O, həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyəti dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması üçün onlara dəstək xarakterli daha güclü və praktiki mexanizmlər təqdim etməyə çağırır.

    Çıxışda o da vurğulanıb ki, Azərbaycanın təşəbbüsləri dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün regional əməkdaşlığa və koordinasiyaya, daha yaxşı əlaqələrə və ticarətə töhfədir.

    Sonra müzakirələr digər çıxışlarla davam edib.

    Tədbirin sonunda Milli Məclisin sədri müzakirələrin səmərəli keçdiyini söyləyərək, belə platformaların təcrübə və yeni ideyaların mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib. O, yekun sessiyada qəbul edilən və tədbir iştirakçılarının ümumi mövqeyini əks etdirən yekun sənədin, ümumi məqsədlərimizin reallaşdırılmasına əhəmiyyətli dəstək verəcəyini və Avaza Fəaliyyət Proqramının həyata keçirilməsinə töhfə olacağını söyləyib.

    Sahibə Qafarova Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib
    Sahibə Qafarova Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib
    Sahibə Qafarova Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib
    Sahibə Qafarova Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib
    #Milli Məclis #BMT #Türkmənistan #Bakı-Tbilisi-Qars #Sahibə Qafarova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən çox sənədi ehtiva edir - Səfir

    8 Dekabr 2025 17:43

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritet istiqamətidir – Sahibə Qafarova

    8 Dekabr 2025 11:31

    Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

    8 Dekabr 2025 11:00

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    8 Dekabr 2025 09:51

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    7 Dekabr 2025 17:00

    BMT Konqo və Ruanda arasında imzalanan sülh razılaşmasını alqışlayıb

    6 Dekabr 2025 14:26

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48

    Sudanda mülki şəxslərə qarşı zorakılıq artıb - BMT

    5 Dekabr 2025 09:36

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08

    Türkiyə 2026-cı ildə üç beynəlxalq zirvəyə ev sahibliyi edəcək

    4 Dekabr 2025 12:26

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35
    Demo
    XƏBƏR LENTİ

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.