BAKI, AzerVoice , Fərid Mikayılov
Türkiyə Super Liqasında yeni mövsümün başlamasına az müddət qalmış Fənərbağça transfer bazarında mühüm addım atıb.
AzerVoice xəbər verir ki, klub, Qalatasarayın keçmiş futbolçusu və hazırda Benfikada çıxış edən milli oyunçu Kərəm Aktürkoğlu ilə anlaşma əldə edib.
Texniki direktor Joze Mourinyonun xüsusi istəyi əsasında həyata keçirilən transfer üçün klub rəhbərliyinin gecə saatlarında təyyarə ilə Portuqaliyaya getdiyi və futbolçu ilə görüşərək razılıq əldə etdiyi bildirilib.
Məlumata görə, Fənərbağcanın Benfika ilə apardığı danışıqlar 25 milyon avro civarında bir transfer məbləği məbləği üzərində yekunlaşmaq üzrədir.
Kərəm Aktürkoğlunun illik 5 milyon avro qazanacağı iddia olunur.
Transfer başa çatarsa, Qalatasaray keçiddən 10 faiz pay alacaq. Bu halda, transferin 25 milyon avroya reallaşması Qalatasaraya 1,3 milyon avro gəlir gətirəcək.
Keçən ilin yay transfer pəncərəsinin son günündə 12 milyon avroya Benfikaya keçən 26 yaşlı futbolçu, Türkiyə və Portuqaliyada ümumilikdə 59 oyuna çıxaraq 18 qol və 16 assistlik performans nümayiş etdirib.
Transferin yaxın günlərdə rəsmi olaraq açıqlanacağı gözlənilir.