Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    “Terrorsuz Türkiyə” Komissiyası sabah ilk dəfə toplanır

    4 Avqust 2025 10:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan və terrorla mübarizəyə dair strateji təklifləri araşdıracaq “Terrorsuz Türkiyə” Komissiyası sabah, avqustun 5-də yerli saatla 11:00-da ilk iclasını keçirəcək.

    AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi tərəfindən yaradılan “Terrorsuz Türkiyə” Komissiyası sabah ilk iclasını keçirəcək.

    Komissiyanın əsas məqsədi terrorla mübarizə sahəsində hüquqi və sosial yanaşmaları geniş müzakirə etmək, partiyaların, vətəndaş cəmiyyəti qurumlarının və cəmiyyətin müxtəlif təbəqələrinin təkliflərini qiymətləndirməkdir.

    Komissiyanın tərkibi artıq formalaşıb. Ədalət və İnkişaf Partiyası(AK Partiya) 21, Cümhuriyyət Xalq Partiyası(CHP) isə 10 nəfərlik nümayəndə siyahısı təqdim edib. MHP və DEM Partiyası hər biri 4 üzvlə təmsil olunacaq. Ümumilikdə 47 nəfərdən ibarət olacaq komissiyada yalnız İYİ Partiyası iştirak etməyəcək.

    İclas mətbuata qapalı keçiriləcək. Bütün çıxışlar və müzakirələr protokolla qeydə alınacaq. Komissiya daxilində qəbul olunacaq qərarlar üçün beşdə üç — yəni ən azı 32 nəfərin razılığı tələb olunacaq.

    Sabahkı iclasda komissiyanın rəsmi adının müəyyənləşdirilməsi və iş qaydalarının təsdiqlənməsi gözlənilir. Daha sonra gündəlik plan və tematik dinləmələr təyin ediləcək.

    #Türkiyə #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #AK Parti #TBMM #CHP #Terrorla mübarizə #Terrorçuluğa qarşı mübarizə #Türkiyə Böyük Millət Məclisi (TBMM) #terrorsuz Türkiyə #Ədalət və İnkişaf Partiyası (AKP)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

    21 Oktyabr 2025 17:09

    Şimali Kipr Türkiyəyə birləşməlidir - Bahçelidən çağırış

    21 Oktyabr 2025 14:17

    Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    21 Oktyabr 2025 09:35

    KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

    20 Oktyabr 2025 16:33

    Zonquldakda yeni yaşayış kompleksi tikiləcək

    20 Oktyabr 2025 16:05

    Türkiyədə dövlət universiteti tibbi cihaz alacaq

    20 Oktyabr 2025 11:31

    Ərdoğan Tufan Ərhürmanı prezident seçkilərindəki qələbəsinə görə təbrik edib

    20 Oktyabr 2025 10:26

    Türkiyədə dövlət xəstəxanası təmizlik ləvazimatları alacaq

    19 Oktyabr 2025 14:30

    İHH İnsani Yardım Vəqfi Qəzzada bərpa işlərinə başlayıb

    18 Oktyabr 2025 22:09

    Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

    18 Oktyabr 2025 19:02

    Tüekiyədə dövlət xəstəxanalarında genişmiqyaslı təmir işləri aparılacaq

    18 Oktyabr 2025 14:30

    Türkiyə Müdafiə Nazirliyi Azərbaycana Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb

    18 Oktyabr 2025 13:51
    Demo
    XƏBƏR LENTİ

    Hakan Fidan HƏMAS nümayəndələriylə atəşkəsin presesini müzakirə edib

    Tarixdə bu gün - 22 oktyabr

    Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 5 il ötür

    44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

    Bu gün ABŞ qüvvələri Vyetnamda ilk itkilərini verdi

    Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gəlib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

    Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

    Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

    Türkiyənin dəmir yolu şəbəkəsi 2026-cı ildə 14 min 437 kilometrə çatacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.