Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    İsrail ordusundakı etirazlar və “buldozer problemi”

    4 Sentyabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik təhlil mərkəzi, Səməd Əyyubov

    İsrailin “Haaretz” qəzeti yazır ki, ordu Qəzza şəhərini işğal etmək üçün həm çağırışçı əsgərlərin, həm də binaların dağıdılması üçün zəruri olan buldozerlərin çatışmazlığından əziyyət çəkir.

    Çərşənbə günü İsrail ordusu Qəzza şəhərinin tam işğalı üçün “Gideon Arabaları - 2” adlı əməliyyata start verib. Qəzet yazır ki, ilkin açıqlamalarda çağırılan ehtiyat əsgərlərin əksəriyyətinin İordan çayının Qərb sahili və İsrailin şimalında (Livan və Suriya istiqamətində) xidmət edən nizami qüvvələrin yerini alacağı bildirilmişdi. Lakin indi ən azı üç ehtiyat briqadasının birbaşa Qəzzada yerləşdirilməsi planlaşdırılır.

    Məlumata görə, müharibənin əvvəlindən fərqli olaraq, ordu artıq çağırışçıların əməliyyata qoşulma faizini açıqlamır. Bununla belə, şəxsi heyətin səfərbərində çətinliklərin mövcud olduğu etiraf edilir və əməliyyat planlarının mövcud qüvvələrin sayına uyğun olaraq dəyişdiriləcəyi vurğulanır.

    Əsgərlərin etirazı - Ordunun məsuliyyəti nə yerdədir?

    Bəzi çağırışçılar mətbuata açıqlamasında toplama məntəqələrinə gəldiklərini, lakin uzunmüddətli xidmət etmələrinin gözlənilmədiyini bildiriblər. Onlardan biri deyib: “Açıq imtina yoxdur, amma qeyri-rəsmi etiraz var. Hamı gəlir, imza atır, sonra isə komandirləri ilə fərdi razılıq əldə edir.”

    Onun sözlərinə görə, bəziləri ayda bir həftə, digərləri yalnız həftəsonları xidmət edir, bəziləri isə ümumiyyətlə öhdəlik götürmür. Ordu isə bu vəziyyətə göz yumur, əsas şərt odur ki, məsələ rəsmi şəkildə üzə çıxmasın.

    Buldozer çatışmazlığı

    Nəşr yazır ki, orduda ciddi texnika problemi də yaşanır. 2023-cü il oktyabrın 7-dən mövcud olan 200-ə yaxın buldozerin yarısı döyüşlərdə sıradan çıxıb. Daha sonra əlavə 165 buldozer sifariş verilib, amma onların yalnız 65-i təhvil alınıb. Yeni texnikaların Qəzza əməliyyatında istifadəsi gözlənilmir, çünki onların zirehlərlə təchizatı yalnız oktyabr və ya noyabrda başa çatacaq.

    Ordu və təxliyə məsələsi

    Hərbi mənbələr Qəzza şəhərində yaşayan təxminən 200 min nəfərin (yəni əhalinin 20 faizinin) təxliyədən imtina edəcəyini güman edir. Onlar həyatları risk altında olsa belə, evlərini tərk etməyəcəklər. İsrail ordusu isə təxminən bir milyon nəfərlik əhalini cənuba köçməyə məcbur etməyə çalışır.

    Hazırda 70 minə yaxın fələstinli şəhəri tərk edib. Ordu hələ ki, mərkəzi və sıx məhəllələrə daxil olmayıb, daha çox kənar ərazilərdə fəaliyyət göstərir. Rəsmi açıqlamalara görə, qüvvələrin irəliləmə sürəti fələstinlilərin şəhəri tərk etmə tempi ilə müəyyən ediləcək.

    Genişmiqyaslı bombardmanlar nəticəsində Qəzza sakinləri müharibə başlayandan bəri dəfələrlə köçmək məcburiyyətində qalıblar və artıq bölgədə təhlükəsiz yer qalmayıb. Quru əməliyyatları başlayarkən İsrail artilleriyası şəhər ətrafındakı boş əraziləri atəşə tutub ki, bu da əhalini təxliyəyə məcbur etmək məqsədi daşıyır.

    Qəzet əlavə edir ki, ordu son günlər siyasi rəhbərliyə şəhərə tam nəzarət etməyin Qəzza zolağının böyük hissəsinə nəzarət ətmək anlamına gəldiyini bildirib. Bu isə İsrailin fələstinlilərə qarşı tam məsuliyyət götürməsi ilə nəticələnəcək. Belə bir halda, ordunun qida təminatı, tibbi xidmət, su, elektrik, kanalizasiya kimi infrastrukturun işləməsini də təmin etməsi tələb olunacaq.

    #Qəzza #İsrail #Qəzza zolağı #İsrail ordusu #v #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzada müharibədən sonrakı vəziyyət #Səməd Əyyubov #Qəzza humanitar böhran #Qəzza əməliyyatı #İsrail Qəzza işğalı #İsrail çağırışçı əsgərlər #İsrail ehtiyat qüvvələri #İsrail buldozer çatışmazlığı #İsrail hərbi texnika problemi #İsrail Qəzza bombardmanı #Qəzza təxliyə əməliyyatı #Qəzza mülki əhali #İsrail Fələstin müharibəsi #İsrail Qəzza münaqişəsi #İsrail siyasi rəhbərliyi #İsrail ordusunun məsuliyyəti #Qəzza müharibə qurbanları #İsrail artilleriya hücumları #Qəzza şəhər əməliyyatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    31 Yanvar 2026 10:26

    Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

    30 Yanvar 2026 12:03

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclası keçirilib

    28 Yanvar 2026 22:04

    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb

    28 Yanvar 2026 16:22

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    Qəzzada saxlanılan son israilli əsirin cəsədi tapılıb

    26 Yanvar 2026 18:28

    İsrailin xarici işlər naziri Bakıda dini tolerantlığı vurğulayıb

    26 Yanvar 2026 12:45
    Demo
    XƏBƏR LENTİ

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

    Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək

    “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Mingəçevir şəhərində baş tutdu

    Suriya ordusu Həsəkəyə daxil oldu

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

    Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır - Anar Quliyev

    “Kimdir günahkarlar?”: Hindistanda dövlət zorakılığı və cəzasızlıq problemi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.