Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclası keçirilib

    28 Yanvar 2026 22:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclasında regional və qlobal təhlükəsizlik məsələləri müzakirə edilib.

    AzerVoice xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başa çatdıqdan sonra 9 maddədən ibarət rəsmi bəyanat yayılıb. Təxminən üç saat davam edən iclasda 2025-ci ildə milli təhlükəsizlik baxımından mühüm hadisələr təhlil edilib, 2026-cı il üçün görüləcək tədbirlər müzakirə olunub.

    Bəyanatda PKK/KCK, PYD/YPG, FETÖ və İŞİD daxil olmaqla bütün terror təşkilatlarına qarşı ölkə daxilində və xaricində aparılan qətiyyətli mübarizənin davam etdiriləcəyi vurğulanıb. “Terrorsuz Türkiyə” hədəfi istiqamətində əldə olunan mərhələlər dəyərləndirilib və bu kursun dəyişməz olduğu bildirilib.

    Şurada Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin təmin olunmasına Türkiyənin dəstəyinin davam edəcəyi qeyd olunub. Eyni zamanda Qəzzadakı humanitar vəziyyət, atəşkəsin gələcəyi və Türkiyənin beynəlxalq humanitar yardım səylərində fəal rol oynamağa hazır olduğu bəyan edilib.

    İclasda İranla bağlı mövcud regional proseslər də geniş müzakirə edilib, bu ölkədə sabitliyin və təhlükəsizliyin bölgə üçün mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Rusiya–Ukrayna müharibəsinin Qara dənizdə sabitliyə mümkün təsirləri qiymətləndirilib və münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

    Bəyanatın yekununda Türkiyənin Asiya, Afrika və Avropanı əhatə edən geniş coğrafiyada sülh və sabitliyin qorunması məqsədilə həyata keçirdiyi çoxşaxəli fəaliyyətləri 2026-cı ildə də qətiyyətlə davam etdirəcəyi bildirilib.

    #Qəzza #MGK-dan 9 maddəlik bəyanat: Terrorsuz Türkiyə kursu davam edir #Türkiyənin 2026-cı il təhlükəsizlik prioritetləri açıqlanıb #MGK: Suriya və İran bölgə təhlükəsizliyinin əsas mövzularıdır #Türkiyə regional sülh siyasətini davam etdirəcək #İran və Rusiya-Ukrayna müzakirə edildi #MGK 2026 üçün təhlükəsizlik tədbirlərini müəyyənləşdirdi #MGK’dan 9 maddelik bildiri: Terörsüz Türkiye vurgusu #2026’nın ilk MGK toplantısı sona erdi #MGK’da Suriye #İran ve Gazze gündemi #Türkiye güvenlik politikasını sürdürüyor #MGK: Bölgesel istikrar öncelik olmaya devam ediyor #Erdoğan başkanlığında MGK’dan kritik mesajlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    24 Yanvar 2026 15:52

    Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişi qadağan edilib - İsrail mediası

    24 Yanvar 2026 09:18

    Si Cinpin Trampın “Sülh Şurası” təşəbbüsünə qarşı çıxaraq BMT-nin mərkəzi rolunu müdafiə edib

    23 Yanvar 2026 12:57

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir

    23 Yanvar 2026 11:37

    Qəzzanı yenidən inşa edəcəyik - Tramp

    22 Yanvar 2026 14:49

    Atəşkəsə baxmayaraq İsrail ordusu Qəzzanın müxtəlif bölgələrinə hava zərbələri endirib

    22 Yanvar 2026 12:31

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Prezident İlham Əliyev ABŞ Prezidentinə məktub ünvanlayıb

    21 Yanvar 2026 13:11

    Donald Tramp Prezident İlham Əliyevə dəvət məktubu ünvanlayıb

    21 Yanvar 2026 13:08

    UNICEF Qəzzada uşaq ölümləri ilə bağlı dünyanı təcili hərəkətə keçməyə çağırıb

    21 Yanvar 2026 11:40

    Atəşkəsə baxmayaraq, İsrail Qəzza zolağına hücumlarını davam etdirib

    21 Yanvar 2026 10:56
    Demo
    XƏBƏR LENTİ

    Moskva Suriyada əldə olunan irəliləyişi alqışlayır

    ABŞ-ın regionumuzdan çıxmasının vaxtı çatıb - SEPAH komandanı

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclası keçirilib

    Trampın İranla bağlı qərarını müəyyən edəcək altı amil hansılardır?

    Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ABŞ-a vasitəçilik təklif edib - ABŞ rəsmiləri

    Ukraynadakı diaspor rəhbəri dövlət mükafatı ilə təltif olunub

    Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib

    “AzerGold” QSC 2026-cı il üzrə ilk ixrac əməliyyatını həyata keçirib

    PAL Cooling Holding BƏƏ-də mərkəzləşdirilmiş soyutma bazarında mövqeyini gücləndirir

    Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.