10
BAKI, AzerVoice
Yer kürəsində zəif maqnit qasırğası qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası tərəfindən verilib.
Məlumata əsasən, iyul ayının ilk maqnit qasırğası Bakı vaxtı ilə səhər saat 07:00-dən 08:00-a qədər müşahidə olunub və təxminən bir saat davam edib. Qasırğa çox zəif və qısa müddətli olub.