Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Gündəm

    Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

    1 İyun 2025 15:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yer kürəsində G4 səviyyəli maqnit qasırğası müşahidə olunur.

    AzerVoice xəbər verir ki, hazırda Yer kürəsinin maqnit sahəsinin dəyişkənliyi G3-dən G4 səviyyəsinə yüksəlib. Bu, beş pilləli şkalada “çox güclü” (G4) səviyyədir; G5 isə “ekstremal güclü”, G1 isə “zəif” səviyyədir.

    G4 səviyyəsi Yer kürəsində ciddi rabitə pozuntularının, o cümlədən radiodalğalarla əlaqənin pozulmasının, peyk və radiotezlik naviqasiyasının bir neçə saatlıq dayanmasının mümkünlüyünü nəzərdə tutur. Eyni zamanda, hətta tropik enliklərdə belə qütb parıltıları müşahidə edilə bilər.

    Qeyd edək ki, mayın 31-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsi Günəş Fizikası İnstitutunun mütəxəssisləri Günəşdə bu ilin ən böyük plazma atımı ilə müşayiət olunan M8.2 sinifli alovlanma qeydə aldıqlarını açıqlamışdılar.

    Məlumat üçün bildirək ki, Günəşdəki alovlanmalar rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinifə bölünür. A0.0 minimum sinifdə Yerin orbitində şüalanmanın gücü 10 nanovat/sm² olur. Hər növbəti hərfə keçdikdə güc on dəfə artır. Alovlanmalar adətən Günəş plazmasının atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatanda maqnit qasırğalarını təhrik edə bilər.

    #kosmos #Günəş #kosmos tədqiqatları 2025 #Yer kürəsi #Maqnit qasırğası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yer kürəsinin quruluşu və tərkibinin inkişafı - alimlərin son araşdırmaları

    20 Sentyabr 2025 16:00

    Ümumdünya Kosmos Həftəsinə sayılı günlər qaldı

    19 Sentyabr 2025 16:43

    NASA Araşdırması - Kosmosa səyahət bioloji qocalmanı sürətləndirir

    13 Sentyabr 2025 13:30

    Günəşdə güclü partlayış qeydə alınıb

    7 Sentyabr 2025 11:25

    Marsın dərinliklərində qədim sirlər aşkarlanıb

    30 Avqust 2025 12:30

    Günəşdə güclü alışma baş verib

    28 Avqust 2025 20:01

    SpaceX-in Starship raketinin 10-cu sınaq uçuşu baş tutmayıb

    25 Avqust 2025 10:59

    Kosmosda sağlam nəsillərin yaranması ehtimalı araşdırılır

    24 Avqust 2025 16:00

    Günəşdə güclü partlayış qeydə alınıb

    24 Avqust 2025 15:03

    Su kainatda düşündüyümüzdən çox daha erkən əmələ gəlmiş ola bilər

    23 Avqust 2025 14:00

    ABŞ kosmos siyasətində lisenziyalaşdırma prosesi sadələşdiriləcək

    14 Avqust 2025 11:34

    Gökhan Erdem Blue Origin ilə kosmosa uçan ilk türk iş adamı olub

    5 Avqust 2025 16:19
    Demo
    XƏBƏR LENTİ

    İran və Əfqanıstan sərhəd təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib - İran XİN

    Arsenal premyer liqada liderliyini qoruyur

    Prezident İlham Əliyev İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsinin açılışında iştirak edib

    Qəzzada baş verənlər əsrin ən böyük insanlıq cinayətlərindəndir - Pezeşkian

    Azərbaycanda "Fərqliliyin Rəngi" festivalı keçiriləcək

    Prezident İlham Əliyev Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

    Tramp və Netanyahu arasındakı gərginlik açıq müstəviyə çıxırmı?

    Türkiyədən Qırğızıstana polad ixracı 5 milyon dolları keçib (ÖZƏL)

    Atəşkəs vacibdir, lakin Fələstin məsələsinin həlli üçün kifayət deyil - Fələstin

    Balıkesirdə yenidən zəlzələ olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.