Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    NEOM-da Səudiyyə–Misir görüşü: Fələstin məsələsi və ikitərəfli əməkdaşlıq müzakirə olundu

    22 Avqust 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri şahzadə Məhəmməd bin Salman cümə axşamı NEOM sarayında Misir prezidenti Əbdülfəttah əs-Sisini qəbul edib. Görüşdə iki ölkə arasındakı “qardaşlıq münasibətləri” və onların müxtəlif sahələrdə gücləndirilməsi yolları müzakirə olunub.

    Fələstin məsələsi və Qəzza böhranı

    Tərəflər regional prosesləri, xüsusilə Fələstindəki vəziyyəti diqqət mərkəzinə alıblar. Prezident Sisi Misirin Qəzzada atəşkəsin təmin olunması istiqamətində göstərdiyi vasitəçilik səyləri barədə məlumat verib. O, həmçinin Fələstin məsələsində Səudiyyə təşəbbüslərinə, o cümlədən BMT-də Riyad və Parisin birgə rəhbərliyi ilə keçirilən “iki dövlətli həll” konfransının nəticələrinə dəstək verdiyini vurğulayıb.

    Şahzadə Məhəmməd bin Salman və prezident Sisi Qəzzaya humanitar yardımın maneəsiz daxil olmasının, girovların və məhbusların azad edilməsinin vacibliyini önə çəkiblər. Onlar, həmçinin fələstinlilərin torpaqlarından zorla köçürülməsinə, Qəzzada İsrail hərbi işğalının yenidən tətbiqinə və İordan çayının qərb sahilindəki zorakılıqlara qarşı çıxdıqlarını bəyan ediblər.

    Rəsmi nümayəndə heyətləri

    Görüşdə Səudiyyə tərəfdən xarici işlər naziri şahzadə Feysəl bin Fərhan, dövlət naziri və milli təhlükəsizlik müşaviri Müsəid əl-Əyban və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Xalid əl-Hüməydan iştirak ediblər. Misir tərəfindən isə xarici işlər və miqrasiya naziri Bədr Əbdülati və Baş Kəşfiyyat İdarəsinin rəhbəri general Həsən Rəşad görüşdə yer alıblar.

    Strateji koordinasiya

    Rəsmi Qahirənin məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlıqla yanaşı, Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi proseslər fonunda strateji məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. İki lider, həmçinin, region ölkələrinin sabitliyinin dəstəklənməsi, ərazi bütövlüyünün qorunması və milli institutların gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

    Prezident Sisi həmin gün NEOM-a xüsusi səfər edib və hava limanında şəxsən şahzadə Məhəmməd bin Salman tərəfindən qarşılanıb. Misir Prezident Administrasiyası səfəri “iki ölkə arasında tarixi münasibətlərin möhkəmləndirilməsi və daimi siyasi məsləhətləşmələrin davamı” kimi dəyərləndirib.

    #Misir #Əbdüləziz bin Salman #Neom #Səudiyyə Ərəbistanı və Misirin Fələstin siyasəti #Neom Qış Oyunları loqosu #Snoubord yarışları Neom #Neom turizm və idman #Neom 2029 idman obyektləri #Misirin Qəzza siyasəti #Səudiyyə kralı Salman #NEOM layihəsi #NEOM şəhəri nədir və harada yerləşir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    15 Fevral 2026 16:00

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    15 Fevral 2026 13:00

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Türkiyənin Misir bazarına mebel satışı azalıb (ÖZƏL)

    11 Fevral 2026 09:00

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    10 Fevral 2026 16:57

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    Qahirə Universitetində Azərbaycan dili dərsləri davam edir

    9 Fevral 2026 15:50

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    Yanvar ayında Türkiyədən Misirə xalça ixracı azalıb (ÖZƏL)

    8 Fevral 2026 13:00

    KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər - Ərdoğan

    5 Fevral 2026 14:46

    ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik - Ərdoğan

    5 Fevral 2026 14:17
    XƏBƏR LENTİ

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.