Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İsrail Livanı Hizbullahın silahsızlaşdırılmasında dəstəkləməyə hazırdır

    25 Avqust 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bu gün, bazar ertəsi yaydığı bəyanatda bildirib ki, İsrail Livanı Hizbullah qruplaşmasının silahsızlaşdırılmasında dəstəkləməyə hazırdır.

    Netanyahunun ofisinin açıqlamasında qeyd olunub: “İsrail və Livanın əməkdaşlıq ruhunda irəliləməsinin və ortaq məqsədə – Hizbullahın silahsızlaşdırılmasına yönəlməsinin vaxtıdır, – deyə “Reuters” xəbər agentliyi məlumat yayıb.

    Xatırladaq ki, Livan Nazirlər Kabineti bu ayın əvvəlində İranla müttəfiq olan Hizbullah qruplaşmasının silahsızlaşdırılması üçün ABŞ tərəfindən hazırlanmış planın məqsədlərini təsdiqləmişdi.

    Netanyahunun ofisi əlavə edib: “Əgər Livan Silahlı Qüvvələri Hizbullahı silahsızlaşdırmaq üçün lazımi addımlar atarsa, İsrail də qarşılıqlı tədbirlər görəcək. Buraya ABŞ-ın rəhbərlik etdiyi təhlükəsizlik mexanizmi ilə koordinasiyalı şəkildə İsrail hərbi varlığının mərhələli şəkildə azaldılması da daxildir”.

    “Hizbullah” və “Əməl” hərəkatı etiraz çağırışı etdi

    Digər tərəfdən, Livanın “Əməl” hərəkatının Mərkəzi Fəhlə Bürosu və Hizbullahın Mərkəzi Həmkarlar və Fəhlələr Birliyi bu gün birgə bəyanat yayaraq çərşənbə günü günortadan sonra Beyrut mərkəzində hökumətin silahı yalnız dövlətin əlində toplamaq qərarına qarşı etiraz aksiyası keçirməyə çağırıblar.

    Bəyanatda hər iki təşkilat hökumətin qərarlarını milli mənafelərə zidd adlandırıb və əlavə ediblər: “Vətənimizin üzləşdiyi çətinliklərə qarşı səbrimiz tükənib, mövqeyimizi milli həmrəyliklə ifadə etməyin vaxtı çatıb”.

    “Əməl” və Hizbullahın bəyanatında vurğulanıb ki, bu etiraz aksiyası “düşmənin gücünü sındırmaq qabiliyyətini sübut etmiş silahımızı qorumaq haqqımızın və torpağımızı işğal edən İsrail düşməninə qarşı müqavimət haqqımızın təsdiqi” olacaq.

    Silahların dövlətin əlində cəmlənməsi qərarı

    Livan hökuməti ayın əvvəlində qərar verib ki, ilin sonuna qədər silahların yalnız dövlətin əlində saxlanması təmin olunacaq və bu vəzifə ordunun üzərinə qoyulub.

    Hizbullah üzərinə təzyiqlər isə ötən il İsraillə müharibədə ağır zərbə alaraq gücləndi. Həmin müharibədə təşkilatın bir çox yüksək rütbəli komandirləri, o cümlədən baş katib Həsən Nəsrullah öldürülmüş, daha sonra noyabr ayında ABŞ vasitəçiliyi ilə atəşkəs əldə olunmuşdu.

    Atəşkəs razılaşmasına görə, Livanda yalnız altı dövlət təhlükəsizlik qurumu silah saxlaya bilər, hökumət isə qeyri-dövlət silahlı qruplarının yenidən silahlanmasının qarşısını almağı öhdəsinə götürmüşdü.

    Buna baxmayaraq, atəşkəsdən sonra da İsrail cənub və şərqi Livanda Hizbullaha məxsus silah anbarları və döyüşçülərinə qarşı hücumlar həyata keçirməyə davam edib.

    #İsrail #Livan #Hizbullah #İsrail ordusu #İsrail zabitləri #İsrailə qarşı boykotlar #Livan xəbərləri #İsrail və İran gərginliyi #Livan siyasəti 2025 #Hizbullah və Livan siyasəti #Livanda silahlı qruplar və dövlət #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #Hizbullah liderinin dəfni #Hizbullah və Qəzza həmrəyliyi #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Küveyt Livanın səkkiz xəstəxanasını terror siyahısına salıb

    9 Fevral 2026 10:14

    Tramp İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia etdi

    5 Fevral 2026 09:22

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

    3 Fevral 2026 11:20

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    İran ilə ABŞ arasındakı gərginlik böyüyür

    31 Yanvar 2026 14:36
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.