BAKI, AzerVoice
Alimlərin proqnozlarına görə, Yer atmosferində oksigenin miqdarı gələcəkdə kəskin şəkildə azalacaq.
AzerVoice xəbər verir ki, Yaponiyanın
Toho Universiteti və ABŞ-ın Corciya Texnologiya İnstitutunun
alimləri tərəfindən aparılan birgə araşdırma nəticəsində təxminən 1
milyard ildən sonra Yer atmosferindəki oksigen səviyyəsinin ciddi
şəkildə azalacağı müəyyən edilib.
Bu dəyişiklik, 2,4 milyard il əvvəl baş verən və "Böyük Oksidləşmə
Hadisəsi" (GOE) kimi tanınan dövrdən əvvəlki atmosfer strukturuna
bənzər bir vəziyyətə qayıdış demək olacaq.
Qeyd edək ki, alimlər oksigenin atmosferdə uzun müddət sabit qalmasının düşündüyümüz qədər davamlı olmadığını bildirir və gələcəkdə Yer kürəsinin yüksək metan, aşağı oksigen və ozonsuz atmosferə sahib olacağını proqnozlaşdırırlar. Bu vəziyyət bitkilərin və oksigenlə yaşayan canlıların yox olmasına, yalnız anaerob mikroorqanizmlərin yaşaya bildiyi bir mühitin yaranmasına səbəb olacaq.