BAKI, AzerVoice
Yer kürəsində 25–26 iyun tarixlərində orta səviyyəli geomaqnit qasırğaları gözlənilir.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası laboratoriyası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, çərşənbə və cümə axşamı günlərində geomaqnit vəziyyətində nəzərəçarpacaq pisləşmə müşahidə edilə bilər. “Orta səviyyəli geomaqnit qasırğaları ehtimal olunur” - deyə, məlumatda bildirilib.
Alimlərin bildirdiyinə görə, bu vəziyyət Günəşdə yaranmış böyük koronal dəliyin təsiri ilə bağlıdır. Yer planeti yüksək sürətli Günəş küləklərinin müşahidə olunduğu pozulmuş planetlərarası plazma sahəsinə daxil olacaq.
“Hazırkı hesablamalara əsasən, küləyin sürəti artıq bu gecədən artmağa başlaya bilər və geomaqnit pozuntuları sabah günorta saatlarında intensivləşə bilər. Əsas ssenariyə görə, G2 səviyyəsində orta qasırğalar gözlənilir. G3 və daha yüksək səviyyəli qasırğaların başvermə ehtimalı isə təxminən 15 faizdir” – deyə, laboratoriyanın açıqlamasında bildirilib.