Əsas səhifə » Mask Starlinkin İran üzərində aktiv edildiyini bildirib

Mask Starlinkin İran üzərində aktiv edildiyini bildirib

BAKI, AzerVoice

14 iyun tarixində İlon Mask, Starlink peyk internet sisteminin İran üzərində aktivləşdirildiyini elan edib.

AzerVoice xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Şüalanmış siqnallar aktivdir” - deyə, Mask bildirib.

Mask bu şərhi, bir istifadəçinin ona etdiyi müraciətə cavab olaraq yazıb. Həmin istifadəçi Starlink sisteminin İran vətəndaşları üçün aktivləşdirilməsini xahiş etmişdi və bunun “İran rejiminin tabutuna son mıx vurmaq” məqsədi daşıdığını bildirmişdi.

Qeyd edək ki, İsrail iyunun 13-ə keçən gecə “Qalxan şir” adlı əməliyyata başlayaraq İranın nüvə proqramına qarşı hərbi hücumlar həyata keçirib. Cavab olaraq, İran 13 iyun axşamı və iyunun 14-ə keçən gecə İsrail ərazisində onlarla hədəfi, o cümlədən hərbi obyektləri və aviabazaları raketlərlə vurub. 14 və 15 iyun tarixlərində də tərəflər qarşılıqlı hücumlarını davam etdirib. Hər iki ölkə bu zərbələr nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice