BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin iyun ayında İrana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz artaraq, 1 milyon 686 min 26 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən İrana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalaraq, 13 milyon 281 min 48 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 8 milyard 125 milyon 141 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 1 milyard 199 milyon 934 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 348 min 641 dollar məbləğində hazır geyim ixrac edib.