Əsas səhifə » Ukrayna Rusiya və digər ölkələrə qarşı yeni sanksiyalar tətbiq etdi

Ukrayna Rusiya və digər ölkələrə qarşı yeni sanksiyalar tətbiq etdi

BAKI, AzerVoice

Ukrayna Rusiyanın bir sıra vətəndaşlarına, həmçinin Rusiya, Çin, BƏƏ və İrana məxsus hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.

AzerVoice xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Bildirilib ki, Ukrayna bu sanksiyaları Avropa İttifaqının (Aİ) 18-ci sanksiya paketi ilə uyğunlaşdırıb. Ukraynanın Sanksiyalar üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyukun sözlərinə görə, sanksiyalar Rusiya, Çin, BƏƏ, İran və digər ölkələrin kölgə donanması, ikili təyinatlı malların sanksiyalardan yayınaraq tədarükü və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəsi olduğu şirkətləri əhatə edir.

Bundan əlavə, Vlasyuk bildirib ki, Kiyev nadir torpaq elementləri və nadir metalların hasilatı, emalı və tədarükü ilə bağlı şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq edib.

Bundan əvvəl, Zelenski Rusiyanın maliyyə sxemlərini, xüsusilə kriptovalyuta vasitəsilə həyata keçirilən əməliyyatlarını hədəfləyən sanksiya paketi imzalamışdı. Bu paket Ukrayna və tərəfdaş sanksiyaların sinxronizasiyasını da ehtiva edirdi.

Ukrayna sanksiya, Zelenski fərmanı, Rusiya vətəndaşlarına sanksiya, Çin şirkətləri sanksiya, BƏƏ sanksiya, İran sanksiyaları, İkili təyinatlı mallar, Kölgə donanması, Ukrayna Aİ sanksiyaları, Rusiya hərbi sənayesi, Ukrayna Prezidentinin imzaladığı yeni sanksiya fərmanı, Ukraynanın Avropa İttifaqının 18-ci sanksiya paketi ilə uyğunlaşdırılmış tədbirləri, Çin, BƏƏ, İran və Rusiya şirkətlərinə qarşı sanksiya qərarı, Ukraynanın kölgə donanması və ikili təyinatlı malların tədarükü ilə mübarizəsi, Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlərə qarşı Ukrayna sanksiyaları, Kriptovalyuta vasitəsilə Rusiyanın maliyyələşdirilməsinə qarşı tədbirlər, Ukraynanın nadir metallar və torpaq elementləri sahəsində tətbiq etdiyi sanksiyalar, Vladislav Vlasyukun açıqlamasına əsaslanan yeni sanksiya strategiyası, Ukrayna və tərəfdaşlarının sanksiyaları sinxronlaşdırma siyasəti, Sanksiyalardan yayınmağa çalışan Rusiya ilə bağlı beynəlxalq tədbirlər

Digər Kateqoriyalar

2025 © Azervoice