8
BAKI, AzerVoice
Yaxın Şərqdə İsrail və İran arasında başlayan, ötən gecə ABŞ-ın hava hücumları ilə yeni mərhələyə keçən müharibəyə Yəmən də rəsmi şəkildə qoşulduğunu elan edib.
AzerVoice xəbər verir ki, bu barədə Yəməndəki Ənsar Allah (husilər) təşkilatının sözçüsü Yəhya Səriənin verdiyi bəyanatda deyilir.
"ABŞ İranı bombaladıqdan sonra Yəmən rəsmi şəkildə müharibəyə daxil olacaq. Gəmilərinizi Yəmənin sularından uzaq tutun" - deyə, bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.