BAKI, AzerVoice
İranda parlament üzvləri, ABŞ-ın ölkənin nüvə obyektlərinə etdiyi hücumlara qarşı cavab tədbirlərinin həyata keçirilməsi barədə razılaşıblar.
AzerVoice xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızayi məlumat verib.
Rızayi bildirib ki, İran Atom Enerjisi Təşkilatı (AEOİ) və Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmilərinin iştirakı ilə parlamentdə mühüm bir iclas keçirilib. İclas zamanı ABŞ tərəfindən nüvə obyektlərinə edilən hücumla bağlı hesabat təqdim edilib və hücum nəticəsində yaranmış mümkün zərərlər təhlil olunub.
Onun sözlərinə görə, rəsmilər bu hücumların İranın nüvə fəaliyyətlərini dayandıra bilməyəcəyini vurğulayıblar. XİN nümayəndələri isə diplomatik səylərlə bağlı ayrıca hesabat təqdim ediblər.
Əlavə olaraq, İranın "Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqavilə"dən (NPT) çıxması məsələsi də gündəmə gətirilib və bu istiqamətdə müzakirələrin parlament səviyyəsində davam etdiriləcəyi bildirilib.
Rızayi həmçinin bildirib ki, komissiya üzvləri ABŞ-ın hücumlarına qarşı cavab tədbirlərinin görülməsinin vacibliyini vurğulayıblar.