Əsas səhifə » Suriyada kilsədə terror aktı baş verib (ƏLAVƏ OLUNUB)

Suriyada kilsədə terror aktı baş verib (ƏLAVƏ OLUNUB)

BAKI, AzerVoice

Dəməşqin şərqində yerləşən xristian kilsəsində terror aktı baş verib.

AzerVoice xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, intiharçı-terrorçu kilsəyə daxil olaraq ibadətdə olan insanlara avtomat silahdan atəş açıb, daha sonra isə üzərindəki partlayıcı qurğunu işə salıb. Hücum xristian əhalinin yaşadığı Duvayla məhəlləsində törədilib. Terror aktı nəticəsində azı 20 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Suriya hakimiyyəti hadisənin məsuliyyətini “İslam Dövləti” terror qruplaşmasının (İŞİD) üzərinə qoyub.

Polis hadisə yerini mühasirəyə alıb, yaralıların təxliyəsi üçün əraziyə təcili yardım maşınları cəlb olunub. Hadisə ilə bağlı istintaq başlanılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice