Əsas səhifə » ABŞ Çindən Hörmüz boğazının bağlanmaması üçün İran ilə əlaqə saxlamasını istəyib - Rubio

ABŞ Çindən Hörmüz boğazının bağlanmaması üçün İran ilə əlaqə saxlamasını istəyib - Rubio

BAKI, AzerVoice

ABŞ Çin hakimiyyətindən Hörmüz boğazının bağlanmaması üçün İranı inandırmağa çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibədə məlumat verib.

Məlumata görə, Dövlət katibi Çin hökumətinə müraciət edərək bu məsələ ilə bağlı İran hakimiyyəti ilə əlaqə saxlamalarını istəyib.

“Ozləri də Hörmüz boğazından neft daşımaları baxımından ciddi şəkildə asılıdırlar” – deyə, Rubio bildirib.

Onun sözlərinə görə, belə bir addım “dəhşətli bir səhv olardı”.

Məlumat üçün bildirək ki, Hörmüz boğazı dünya neft-qaz tədarükünün təxminən 20 faizinin keçdiyi əsas dəniz yoludur; boğazın bağlanma qərarının reallaşması regionda enerji bazarına ciddi təsir göstərə bilər.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice