Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    “Füyuzat” – ruhun diriliyi və qələmin məsuliyyəti

    1 Noyabr 2025 17:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    119-cu ildönümünə ithaf

    Bu həyatda dərindən inandığım bəzi həqiqətlər var ki, onlar sarsılmaz və qırılmazdır. Onlardan biri də budur ki, dəyərli və müqəddəs olana əsla ləkə bulaşmaz!

    Ulularımızın dili ilə desək: “Hər haqqın bir həqiqəti vardır”. O həqiqət bir gün mütləq günəş kimi parlayar. Həqiqət parladıqca üfüqlərdə aydınlıq yaranar, insanda mübarizə ruhu daha da alovlanar.

    Pakistanlı mütəfəkkir Məhəmməd İqbal bu ruhu belə izah edir:

    “Günləri aydınladan, bu keçici günəş nuru deyil, həyatın daimi mübarizəsi və inkişafıdır”.

    Həqiqət uğrunda aparılan mübarizə ləkə götürməz və aydın olur. Bu mübarizənin dəyəri zahirdə deyil, batinindədir. O, qaranlıqda belə öz nurunu itirmir.

    Millətin içindəki mübarizənin mayası isə onun mütəfəkkirlərinin qəlbi və düşüncəsidir.

    Ululuğun ziyasını ruhlarında daşıyan bu haqq mücahidlərinin fəaliyyəti və əsərləri həmişə dirilik iksiri daşıyır. Onların qələmindən doğan hər sətir ölməz ruhun nəfəsidir.

    Orada səmimiyyət şəffaf su kimi bərraqdır, orada birlik mühiti diridir, canlıdır.

    Oradakı sədaqət isə qeyrət sahiblərinin libasıdır.

    O aləmə yanlış qələmlər imzasını ata bilməz!

    Çünki qələm yalnız vicdanla yazıldıqda həqiqətə çevrilir, yalnız ürəklə, sevgi ilə yazıldıqda bəşərin qəlbinə yol tapır.

    Bu gün qəlblərə yol tapan bir məktəbin, Əli bəy Hüseynzadənin qələm yoldaşlarının ziyası ilə nur saçan “Füyuzat” dərgisinin yaranmasının 119-cu ildönümüdür.

    “Füyuzat” sadəcə bir dərgi deyildi: o, bir oyanış idi – bir məktəb, bir mənəvi çevriliş, bir inqlab idi.

    O, milli düşüncəni, türk kimliyini, islam mədəniyyətini və müasirliyi bir səhnədə birləşdirən nadir bir məfkurə abidəsi idi.

    Bu məfkurə məktəbi bir ocaq idi, közü əsla sönməyən, atəşi kiri-pası təmizləyən mənəvi ocaq!

    Bu ocağın düsturları doğruluq və səmimiyyətlə qələmə alınmışdı.

    O qələm Haqqın qatından süzülən mürəkkəbdən ruhlanmışdı.

    İsmayıl Qaspıralı 1906-cı ilin mart ayında Əli bəy Hüseynzadəyə yazdığı açıq məktubunda belə deyirdi:

    “Hər nə yazacaqsansa, qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batır, qanınla yaz!

    Belə yazsan, sözün ötər, vicdanlara qədər yetər.

    Əks halda, bisəmərə, yəni bəhrəsiz bir külək kimi gəlib keçər”.

    Bu çağırış, bu nida, bu əmanət bu gün də keçərlidir.

    Çünki qələm sadəcə yazmaq üçün deyil – ruhu diriltmək və həqiqəti yaşatmaq üçündür.

    “Füyuzat” məktəbi bizə təkcə bir tarix deyil, həm də böyük bir məsuliyyət miras qoydu:

    Qələm tutan hər bir insan ruhu ilə, vicdanı ilə, qanı ilə yazmağı unutmamalıdır.

    #Füyuzat #Əli bəy Hüseynzadə #İsmayıl Qaspıralı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    14 Noyabr 2025 16:03

    Tbilisidə Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığının inkişafı müzakirə olunub

    14 Noyabr 2025 15:27

    Mədəniyyət naziri Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqresdə iştirak edir

    14 Noyabr 2025 13:56

    Növbəti köç karvanları Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb

    14 Noyabr 2025 13:28

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb

    14 Noyabr 2025 13:01

    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

    14 Noyabr 2025 12:06

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

    14 Noyabr 2025 11:38

    Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub

    14 Noyabr 2025 10:18

    Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb

    14 Noyabr 2025 09:23

    Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

    14 Noyabr 2025 09:16

    SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

    13 Noyabr 2025 19:22

    Emin İbrahimovun vəfatı ilə bağlı Mədəniyyət Nazirliyi başsağlığı verib

    13 Noyabr 2025 19:16
    Demo
    XƏBƏR LENTİ

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

    Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb: nota verilib

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    Tramp Netanyahuya təzyiq göstərir

    Təhlükə potensiallı obyektlərlə əlaqədar Koordinasiya Komissiyasının tərkibi genişləndirilib

    AYNA-nın beynəlxalq daşımalar üçün operatorlar altsistemi genişləndirilib

    ABŞ Belçikanın artan dron təhdidinə qarşı dəstək təklif edib

    Tbilisidə Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığının inkişafı müzakirə olunub

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.