Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-nin sanksiyaları ləğv etməsində Türkiyə həlledici rol oynayıb-Suriyalı nazir

    1 Noyabr 2025 18:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ-nin Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməsində Türkiyə həlledici rol oynayıb.

    AzerVoice xəbər verir ki, bu haqda İstanbulda keçirilən TRT World Forum 2025-də iştirak edən Suriya İnformasiya naziri Həmzə Əl Mustafa məlumat verib.

    Nazir, foruma bu dəfə “yeni Suriya rəhbərliyini təmsil edən nümayəndə” kimi qatıldığını qeyd edib.

    “Sanksiyaların ləğv edilməsi Suriya iqtisadiyyatının yenidən qurulmasını sürətləndirəcək”-deyə nazir bildirib.

    Nazir əlavə edib ki, Türkiyənin Qərb və Vaşinqtonla əlaqələri bu prosesə ciddi təsir göstərib.

    Nazir Əsəd rejiminin medianı təbliğat mərkəzi kimi istifadə etdiyini deyib.

    “Keçmiş rejim illərlə məzhəbçilik üzərindən siyasət apardı, media orqanlarını ictimai təbliğat vasitəsinə çevirdi, yanlış məlumatlarla cəmiyyət daxili bölünmələri dərinləşdirdi” -deyə nazir bildirib.

    Onun sözlərinə görə, yeni mərhələdə informasiya siyasəti obyektivlik, peşəkarlıq və ictimai barış prinsipləri üzərində qurulacaq.

    Əl Mustafa deyib ki, uzun müddətdir Suriya haqqında təhrif olunmuş, stereotiplərə əsaslanan təsəvvürlər formalaşdırılıb.

    “Xarici media əməkdaşlarının Suriya daxilində sərbəst məlumat toplaması üçün real imkan yaranıb. Biz oryentalist yanaşmaların deyil, həqiqi məlumatların təqdim olunmasını istəyirik”- deyə nazir bildirib.

    Nazir bildirib ki, İnformasiya Nazirliyinin əsas vəzifəsi: məzhəbçi nifrət ritorikasını aradan qaldırmaq, cəmiyyəti vahid vətəndaşlıq kimliyi altında birləşdirmək, bərpa prosesində ictimai həmrəyliyi təmin etməkdir.

    Əl Mustafa qeyd edib ki, Tramp administrasiyası sanksiyaların ləğvi ilə bağlı icra sənədini imzalayıb, lakin “Sezar Qanununun” Konqresdə ləğvi daha çətin proses olacaq.

    Nazir bildirib: “Sanksiyaların qaldırılması xarici şirkətlərin Suriyaya sərmayə yatırmasını sürətləndirəcək və ölkə iqtisadiyyatına güclü təkan verəcək”.

    Əl Mustəfa sabitlik və təhlükəsizlik bərpa olunduqca qaçqınların geri dönüşünün sürətlənəcəyini vurğulayıb: “Hökumət olaraq xaricdə yaşayan suriyalıl

    #Rəcəb Tayyib Ərdoğan #Donald Tramp #Suriya #Əhməd Şəraa #Türkiyə-ABŞ münasibətləri #Heyət Təhrir əş-Şam (HTŞ) #Suriya ABŞ münasibətləri #Suriya sanksiyalarının ləğvi #Bəşər Əsədin süqutundan sonra Suriya #Suriya-Türkiyə-İsrail gərginliyi #TRT World Forum 2025 #Suriya İnformasiya Nazirliyi #Həmzə Əl Mustafa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Ağ Evdə keçiriləcək UFC turnirinin bəzi təfərrüatlarını bölüşüb

    31 Yanvar 2026 15:21

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    29 Yanvar 2026 16:41

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 12:37

    Venesuela ordusu və polisi prezident Rodriqesə sadiqlik andı içdi

    29 Yanvar 2026 12:30

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    ABŞ hərbi donanması İrana doğru yola düşüb - Tramp

    28 Yanvar 2026 10:06

    Türkiyə ilə Nigeriya strateji tərəfdaşlığı gücləndirir

    27 Yanvar 2026 21:47

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33

    Suriya prezidenti sabah Moskvada Putin ilə görüşəcək

    27 Yanvar 2026 19:55
    Demo
    XƏBƏR LENTİ

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.