Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Süveyda vilayətindəki humanitar dəhliz silahlı toqquşmalar səbəbindən bağlanıb

    3 Avqust 2025 17:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – Suriyanın cənubunda yerləşən Süveyda vilayətində baş verən toqquşmalar səbəbindən Busrə əş-Şam humanitar dəhlizi bağlanıb.

    AzerVoice xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

    Mənbənin bildirdiyinə görə, atəşkəs rejiminin qanunsuz silahlı qruplar tərəfindən pozulmasından sonra bölgədə təhlükəsizlik təmin olunana qədər dəhliz bağlı qalacaq.

    Qeyd edək ki, bugün Süveyda şəhərinin qərbində şiddətli qarşıdurmalar yenidən başlayıb. Ət-Taalə bölgəsində druz icmasının dəstələri ilə təhlükəsizlik qüvvələrinin dəstəklədiyi ərəb tayfalarından olan döyüşçülər arasında atışmalar baş verib, qumbaraatanlardan istifadə olunub.

    Toqquşmalar, druz silahlılarının Təl-Hədid kəndi yaxınlığında hökumət qüvvələrinin mövqelərinə hücum etməsindən sonra daha da kəskinləşib. “Əl Cəzirə” telekanalının məlumatına əsasən, bu hücum nəticəsində beş təhlükəsizlik əməkdaşı həlak olub.

    Süveyda vilayətində qarşıdurmalar ilk dəfə iyulun 13-də druzlar ilə ərəb tayfalarından olan silahlı dəstələr arasında baş vermişdi. İyulun 15-də Suriya Daxili İşlər və Müdafiə nazirliklərinin xüsusi bölmələri vilayətin inzibati mərkəzinə daxil olaraq bölgədə sabitliyi bərpa etmək məqsədilə təmizləmə əməliyyatlarına başlamışdı. İyulun 19-da isə Suriya prezidenti Əhməd əş-Şəraa beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış sülh planına əsasən Süveyda vilayətinin bütün ərazisində atəşkəs rejiminin tətbiq olunduğunu elan etmişdi.

    #İsrail #Suriya #Druz #Toqquşmalar #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Suveyda Üsyanı #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #təhlükəsizlik qüvvələri #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #İsrailin Süveyda müdaxiləsi #Süveyda #Druz dağı #Druz Hərbi Şurası #Suveyda döyüşləri #Druzların siyasi mövqeyi #Druz muxtariyyəti təşəbbüsü #Druz tayfaları #İsrailin Dəməşqə hava hücumları və druz icmasına dəstək bəhanəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    31 Yanvar 2026 10:26

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    Suriya prezidenti sabah Moskvada Putin ilə görüşəcək

    27 Yanvar 2026 19:55
    Demo
    XƏBƏR LENTİ

    Niyə Səudiyyə Ərəbistanı İrana qarşı eskalasiyadan imtina edir?

    İran və ABŞ arasında danışıqların yeni raundu razılaşdırıldı

    Qəzza qlobal nizamın sarsılmasının simvoluna çevrilib - Burhanəddin Duran

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    Müəllimi güllələyən şagird həbs edildi

    Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

    Salah Səudiyyə Ərəbistanına gələrsə, Ronaldo gedə bilər

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.