Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    17 Dekabr 2025 19:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Çinin yeni aviadaşıyan gəmisi “Fuçzyan” istismara verildiyi 7 noyabr tarixindən sonra ilk dəfə Tayvan boğazından keçid edib.

    AzerVoice xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin yaydığı açıqlamada aviadaşıyanın boğazdan keçdiyi təsdiqlənib və hadisə ilə bağlı fotoşəkil paylaşılıb. F-16 qırıcısından çəkilən görüntüdə gəminin göyərtəsində heç bir uçuş aparatının olmadığı görünür.

    Tayvanın müdafiə naziri Vellinqton Ku Li-syun bildirib ki, ölkənin silahlı qüvvələri gəminin hərəkətini yaxından izləyib və keçid zamanı hərbi məqsədli fəaliyyət əlaməti aşkar etməyib. Onun sözlərinə görə, mövcud ehtimala əsasən, aviadaşıyan texniki baxım üçün Şanxaydakı tərsanəyə qayıdır.

    Çin tərəfi gəminin hərəkəti ilə bağlı rəsmi açıqlama verməyib.

    “Fuçzyan” Cənubi Çinin eyniadlı əyalətinin adını daşıyır. Gəmi 17 iyun 2022-ci ildə Şanxaydakı Jianqnan tərsanəsində suya buraxılıb və 40 ay sonra – 7 noyabrda Haynan adasındakı hərbi-dəniz bazasında keçirilən mərasimlə istismara qəbul edilib.

    “Lyaonin” və “Şandun”dan sonra Çin donanmasının tərkibinə daxil edilən üçüncü aviadaşıyan olan “Fuçzyan”, tamamilə yerli layihə və istehsal hesab olunur.

    Gəmi Çinin elektromaqnit katapult sistemi ilə təchiz edilmiş ilk aviadaşıyanıdır. Bu texnologiya təyyarələrin daha güclü start götürməsinə və nəzarətli enişinə imkan verir. “Fuçzyan”ın istismara verilməsi ilə Çin bu texnologiyadan istifadə edən ABŞ-dan sonra ikinci ölkə olub.

    #Çin aviadaşıyanı Fuçzyan ilk dəfə Tayvan boğazından keçdi #Pekinin yeni aviadaşıyanı Tayvan boğazında: regional mesaj nədir? #Fuçzyanın Tayvan boğazından keçidi: Pekin–Taypey xəttində yeni mərhələ #China’s New Aircraft Carrier Fujian Passes Through Taiwan Strait for First Time #Fujian Carrier Transit Signals New Phase in China–Taiwan Tensions #Chinese Aircraft Carrier Fujian Crosses Taiwan Strait Without Aircraft #Новый авианосец Китая Фуцзянь впервые прошел через Тайваньский пролив #Проход авианосца Фуцзянь: новый сигнал Пекина в регионе #Китайский авианосец Фуцзянь замечен в Тайваньском проливе
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    17 Dekabr 2025 21:25

    Səudiyyə Ərəbistanına qar yağıb

    17 Dekabr 2025 20:48

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    17 Dekabr 2025 20:10

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    17 Dekabr 2025 19:56

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    17 Dekabr 2025 19:32

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    17 Dekabr 2025 15:26

    Qəzzada humanitar böhran dərinləşir soyuqdan ölənlərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 14:15

    Səudiyyə Ərəbistanı və Malayziya XİN rəhbərləri ikitərəfli əlaqələri müzakirə ediblər

    17 Dekabr 2025 12:59

    Suriya vətəndaşlarının ABŞ-yə girişi tam qadağan edilib

    17 Dekabr 2025 11:18

    İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

    17 Dekabr 2025 10:20

    Trampın aparat rəhbəri Susie Wiles Ağ Ev daxilində narazılıqları dilə gətirib

    17 Dekabr 2025 08:00

    Səudiyyə Ərəbistanının PIF fondu FMTECH-də minoritar payını JLL-ə satıb

    17 Dekabr 2025 06:00
    Demo
    XƏBƏR LENTİ

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    Səudiyyə Ərəbistanına qar yağıb

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib

    Atlantikadan boşluğa: Trampın strategiyası qarışıqlığın manifesti kimi

    Türkiyədən Özbəkistana sement ixracı artıb (ÖZƏL)

    Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.