Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Papa XIV Leo Milad münasibətilə dünya üzrə 24 saatlıq atəşkəs çağırışı edib

    24 Dekabr 2025 10:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Vatikan Dövlətinin başçısı Papa XIV Leo, başda Rusiya–Ukrayna müharibəsi olmaqla, dünyada Milad bayramı münasibətilə 24 saatlıq atəşkəsə əməl olunması çağırışı edib.

    AzerVoice xəbər verir ki, Papa dünən axşam saatlarında həftəlik istirahətini keçirdiyi Romanın yaxınlığındakı Kastel Qandolfo qəsəbəsindəki iqamətgahından Vatikana yola düşərkən onu gözləyən jurnalistlərin suallarını cavablandırıb.

    Xristian aləminin İsa Məsihin doğumunu qeyd etdiyi Milad bayramı ərəfəsində hər hansı çağırışı olub-olmadığı soruşulan Papa XIV Leo belə deyib:
    “Doğrusu, məni çox kədərləndirən məsələlərdən biri Rusiyanın Milad atəşkəsini rədd etməsidir. Bütün xoş niyyətli insanlara bir daha müraciət edirəm: Heç olmasa İsanın doğumunun qeyd edildiyi bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəsə hörmət edilsin.”

    Yaxın Şərqdə, xüsusilə Qəzzadakı vəziyyətlə bağlı sual verildikdə Papa, Qüdsün Latın Patriarxı Kardinal Pierbattista Pizzaballanın son günlərdə Qəzzaya səfər etdiyini xatırladaraq, özünün də təxminən bir saat əvvəl Qəzza şəhərindəki Müqəddəs Ailə Kilsəsinin keşişi Qabriel Romanelli ilə telefonla danışdığını bildirib.

    Papa oktyabr ayında Qəzzada qüvvəyə minən atəşkəs və sülh planına diqqət çəkib.

    “Onlar hələ də çox kövrək bir vəziyyətin içində bayramı qeyd etməyə çalışırlar. Ümid edirik ki, sülh razılaşması irəliləyiş əldə edəcək.” - deyə Papa qeyd edib.

    #Qəzza #Qəzza zolağı #Roma papası #Qəzza hücumu #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Rusiya-Ukrayna müharibəsi #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Papa XIV Leo
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42

    Danışıqlarda ciddi irəliləyiş əldə olunub - Kiyev

    6 Fevral 2026 09:47

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51
    XƏBƏR LENTİ

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    Belarusun aparıcı turizm şirkətlərinə Azərbaycanın turizm potensialı təqdim olunub

    Milli Məclis Ədliyyə Nazirliyinin illik məruzəsini qəbul etdi

    Nazirliyin nümayəndələri uşaq əməyinin aradan qaldırılmasına dair VI Qlobal Konfransda iştirak ediblər

    Yanvar ayında 4 minə yaxın şəxsə əlillik təyin olunub

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    “Sülh Körpüsü” təşəbbüsü - Azərbaycan və Ermənistan nümayəndələri bir araya gəlir

    İstanbulda çirkli gəlirlərin leqallaşdırılması işi üzrə 16 nəfər saxlanılıb

    Audi S6 sedanı ilə vidalaşır: 2026-cı ildə istehsal dayanır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.