BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Bakırköy Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu narkotik vasitələrin istehsalı və ticarətində ittiham olunan 23 nəfərin saxlanılması barədə qərar çıxarıb.
AzerVoice xəbər verir ki, Baş Prokurorluğun açıqlamasına əsasən, əksəriyyəti küçə satıcıları olan şübhəlilərin tutulması üçün İstanbulun müxtəlif rayonlarında və Muş şəhərində genişmiqyaslı əməliyyat başladılıb. İstanbul İl Jandarma Komutanlığı Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə verilən təlimat çərçivəsində Esenyurt, Fatih, Avcılar, Büyükçekmece, Güngören və Beylikdüzü daxil olmaqla ümumilikdə 33 ünvanda axtarışlar aparılır.
Əməliyyat çərçivəsində 26 ev və 7 iş yerində eyni vaxtda reydlər keçirilir. Prokurorluq narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirildiyini və saxlanılan şəxslərin ifadələrinin alınması üçün müvafiq prosedurların başladıldığını bildirib. Maddi sübutların ələ keçirilməsi və cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam edir.
