Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Öncə aldadıldıq, sonra bombalandıq – Qəddafinin qızından İrana çağırış

    12 Yanvar 2026 14:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İranda hökumət əleyhinə etirazların davam etdiyi bir vaxtda Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin qızı Ayşə Qəddafinin illər əvvəl İran xalqına ünvanladığı xəbərdarlıq yenidən gündəmə gəlib.

    AzerVoice xəbər verir ki, Ayşə Qəddafi həmin müraciətində İranın qarşılaşdığı geosiyasi təzyiqləri Liviyanın 2011-ci ildə yaşadığı proseslə müqayisə edərək, Qərb dövlətlərinin vədlərinə etibar etməməyə çağırmışdı.

    Onun sözlərinə görə, atasının nüvə və raket proqramlarından imtina etməsi Liviyanı qorumaq əvəzinə ölkəni xarici hərbi müdaxiləyə açıq hala gətirib.

    Qəddafi sosial şəbəkələrdə yayılmış müraciətində “acı, dağıntı və xəyanəti şəxsən yaşamış biri kimi” danışdığını vurğulayaraq bildirib ki, Qərbin diplomatik vədləri Liviyada fəlakətlə nəticələnib. O qeyd edib ki, məhz bu silahlar ölkəni NATO bombardmanından çəkindirə biləcək əsas amillər idi.

    Ayşə Qəddafi bildirib ki, “öncə müdafiəsiz hala saldılar, sonra hücum etdilər” – bu, Liviyanın acı təcrübəsidir. Onun sözlərinə görə, silahsızlanma və güzəşt siyasəti ölkəni qorumaq əvəzinə onu parçalanmaya və xaosa sürükləyib.

    Yaxın Şərqdə artan gərginlik, İsrailin Həsən Nəsrallah və İsmayıl Haniyəyə qarşı hücumlarından sonra bölgənin açıq münaqişə mərhələsinə daxil olduğu bir vaxtda, Ayşə Qəddafinin bu mesajı tarixi xəbərdarlıq kimi qiymətləndirilir.

    Sonda o vurğulayıb ki, müdafiə qabiliyyətinə sahib olmaq aqressiya deyil, milli varlığın qorunması məsələsidir və yanlış vədlərə inanmaq dövlətlərin məhvinə aparan yoldur.

    #ABŞ #Livan #Ayşə Qəddafi #İran hökumət əleyhinə etirazlar #\İran hökumət əleyhinə etirazlar #Liviyanın 2011-ci il təcrübəsi #Qərbin diplomatik vədləri #NATO müdaxiləsi Liviyada #Yaxın Şərq geosiyasəti #dövlətlərin parçalanması riski
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42

    Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır - ABŞ-nin Vitse-prezidenti

    10 Fevral 2026 22:40

    Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu - Vens

    10 Fevral 2026 22:39

    Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    10 Fevral 2026 17:50

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    10 Fevral 2026 17:26

    Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

    10 Fevral 2026 13:08

    ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində enerji əməkdaşlığı müzakirə edilib

    10 Fevral 2026 11:56

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana kimya məhsulları ixracı 5,5 faiz azalıb (ÖZƏL)

    Rolls-Roycenin yapon rəqibi: Century brendi qloballaşır

    Porschenin elektrikli Boxster və Cayman modelləri ləğv edilə bilər

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır

    Bu gün Kipr Türk Federe Dövləti elan edildi

    13 Fevral: Şimali Kipr Türk Cumhuriyyətinin Elanı, Erzincan Zəfəri və Dresden Cəhənnəmi - Tam Xronika

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.